Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İsveçrənin Təhsil üzrə Milli Agentliyi, təhsil ocaqlarında Hicab və yaxud Niqab qadağası kimi fikirləri qəti rədd etdi. Amma istisna hallar da ola bilər. Məsələn Labaratoriya təcrübələrində metal və ya digər avadanlıqlar istifadə olunarkən, və yaxud kimya dərslərində təcrübələr aparılarkən müəllimin ixtiyarı var ki, şagirddən üzünün açmasını tələb etsin. Amma ümumi qaydada yəni digər dərslərdə ixtiyar şagirdin əlindədir. Əgər bu qadağa tətbiq edilərsə onda dini əqidə ayrı seçkiliyi yaranacaq və insan haqları pozulacaq.
Əvvəllər Baş ötüyünün ləğvinə dair qanun qəbul etdirmək istəyən, İsveçrənin Təhsil Naziri İan Borklund deyib ki, müəllim qarşıda əyləşən şagirdinin üzünü və başını dəqiq görməlidir. İnsan haqları təşkilatları bunu dəstəkləsələr də, İsveçrə təhsilinin Müəllimlər Birliyi isə buna qarşı çıxıb. Onların fikrincə elə müəllimlər var ki, şagirdin üzü və yaxud başı onu dərsindən yayındırmır və o öz vəzifəsini yerinə yetirir. Hər bir müəllimin fərqli fikiri var.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır