8 yanvar 2012 - 20:30

Qərargah Ramil Usubovdan baş vermiş hadisəyə və polislərin hərəkətlərinə hüquqi qiymət verməsini tələb edir və İcra başçısın cəzalandırılmasın istəyir!

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı ötən həftənin sonunda Saatlı və Sabirabad rayonlarında polis hücumlarına qalması ilə bağlı bəyanatla çıxış edib. Bəyanatın bir qismini ziyarətçilərimizə təqdim edirik:

...“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı 07 yanvarda daşqınların təsirinə məruz qalmış insanlara və “Kür” Qərargahı üzvlərinə qarşı Sabirabad və Saatlı rayon polis şöbəsi əməkdaşlarının göstərdiyi qanunsuz, zorakı, qeyri- etik hərəkətləri qətiyyətlə pisləyir, Daxili İşlər naziri Ramil Usubovdan baş vermiş hadisəyə və polislərin hərəkətlərinə hüquqi qiymət verməsini tələb edir.

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı “QHT- lər və ictimai birliklər haqqında”, eləcə də “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun tələblərini pozduğuna görə Sabirabad rayon İcra Hakimiyyətinin rəhbərliyi haqqında ciddi ölçü götürülməsini tələb edir, Prezident Administrasiyasını baş vermiş hadisə barədə ciddi ölçü götürməyə çağırır.

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı Azərbaycan respublikasının Prezidenti yanında QHT- lərə Dövlət Dəstək Şurasına müraciət edərək bölgələrdə QHT- lərin normal fəaliyyət göstərilməsinə imkan verməyən bu kimi halların araşdırılması və aradan qaldırılması üçün Dəstək Şurasını əməli addımlar atmağa çağırır”.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır