Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İşğalçı ABŞ otdusu İraqı tədricən tərk etməyinə baxmayaraq bu dövlətdə təxribat işlərinə davam edirlər. Belə ki, ABŞ işğalçıları tərəfindən maddi və mənəvi dəstək alan sələfi əl-Qaidə terrorçuları İraq paytaxtı Bağdadın şiə rayonlarında yenidən partlayışlar törədiblər.
“France-Presse” agentliyin məlumatına görə, terror aktları nəticəsində 21 nəfər ölüb, onlarla adam yaralanıb.
Əvvəlcə Bağdadın Sədr-siti adlanan rayonunda partlayışlar baş verib. Şiələr yaşayan bu rayonda bomba qoyulmuş motosiklet və yol qırağına yerləşdirilmiş partlayıcı maddə partladılıb. İki saat sonra Əl-Kazimiyyə rayonunda da iki partlayış olub. Partlayışlar birinci hadisədə yaralananların aparıldığı xəstəxananın yaxınlığında baş verib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır