31 dekabr 2011 - 20:30

Ölkənin bəzi yerlərində fövqəladə vəziyyət elan olunub.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Nigeriyanın şərqindəki Ebonyi ştatında düşmən etnik qruplar arasında baş vermiş toqquşalarda azı 50 nəfər ölüb.

Məlumata görə, toqquşmalara Ezza və Ezilo etnik qrupları arasında torpaq mübahisəsi səbəb olub. Regiona onlarla polis əməkdaşı cəlb olunub.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır