29 dekabr 2011 - 20:30

Anar Qasımlı həmçinin hüquqlarını müdafiə etdiyi Abgül Süleymanov və Azərbaycan İslam Partiyasının sədr müavini Arif Qəniyevlə bağlı şikayətləri toplayıb Avropa Konvensiyasının 5-ci (Azadlıq və toxunuzlmazlıq hüququ) və 6-cı (Ədalətli məhkəmə araşdırması hüququ) maddələri üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət yollayacağını bildirdi.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Vəkil Anar Qasımlı Səbail Rayon Məhkəməsinin 27 dekabr qərarından apelyasiya şikayət verib.

Vəkil bildirib ki, Abgül Süleymanovun həbsdə saxlanması və istintaqın bu vaxta kimi bitməməsi ona qarşı yeni “ittihamlardan” xəbər verir. Anar Qasımlı həmçinin hüquqlarını müdafiə etdiyi Abgül Süleymanov və Azərbaycan İslam Partiyasının sədr müavini Arif Qəniyevlə bağlı şikayətləri toplayıb Avropa Konvensiyasının 5-ci (Azadlıq və toxunuzlmazlıq hüququ) və 6-cı (Ədalətli məhkəmə araşdırması hüququ) maddələri üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət yollayacağını bildirdi.

“AİP üzvləri və ruhanilərin məhkəməsindən sonra Azərbaycan məhkəmələrində ədalət axtarmaq yersizdir. Odur ki, biz haqqı Avropa məhkəməsində tapacağımıza inanırıq. Amma bununla belə düşünürəm ki, bu qədər haqsızlığın bir sonu olacaq”- vəkil belə deyib.

Xatırladaq ki, dekabrın 27-də keçirilən məhkəmədə Hacı Abgül Süleymanovun həbs müddəti daha 3 ay uzadılıb. Buna səbəb kimi Vəkilin Abgül Süleymanovun şahid qismində ifadə verməsini göstərib. Abgül Süleymanov “İslamazeri.az” saytının baş redaktor Ramin Bayramovun işi üzrə, Ramin Bayramov da Abgül Süleymanovun işi üzrə şahid qismində dindirilməlidir.

Qeyd edək ki, 2011-ci ilin avqust ayında həbs olunan ruhani Abgül Süleymanova 234.4.3-cü maddə ilə (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ŞƏRLƏNƏRƏK ittiham edilib. O, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə də (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) ŞƏRLƏNƏRƏK günahlandırılır.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır