28 dekabr 2011 - 20:30

Yeni hərəkata Rəsul Quliyevin lideri olduğu partiya da qoşulur

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının mənzil qərargahında KXCP, ACP, Aydınlar, Azadlıq partiyalarının rəhbərləri, Vətəndaş Hərəkatı Forumunun təmsilçiləri və istiqlalçı deputatlarının iştirakı ilə görüş keçirilib.

KXCP-nin mətbuat xidmətindən verilən məlumata görə, keçirilən görüşdə yeni hərəkatın yaradılması barədə ilkin birgə müzakirələr aparılıb. Müzakirələr zamanı indiyə qədər keçirilmiş ikitərəfli görüşlərin nəticələri təqdir olunub. Görüşdə digər siyasi partiya, ictimai təşkilat və fərdlərin yaradılması nəzərdə tutulan hərəkatda təmsil olunması haqqında məlumatlar da müzakirə edilib.

Müzakirələr zamanı növbəti görüşün keçirilməsi 2012-ci ilin yanvar ayının 6-na təyin olunub.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır