Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Rusiyanın «Vestey v subbotu» kollektivinin əməkdaşı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 50 illiyi münasibəti ilə əlaqədar ondan müsahibə alıb. Söhbətdə Azərbaycanda İslama münasibət mövzusuna da toxunulub.
Sergey Brilevin «Azərbaycandan cənubda (yəni İİR-nda) hicab vacibdir. Ölkənizdən şərqdə isə bir sıra ölkələr (yəni Tacikistan, Özbəkistan, Kazakıstan və. s) müəyyən qadağalar həyata keçirir, məsələn iş yerində namaz qılmaq olmaz və sair. Bəs bu müzakirələrdə Sizin yeriniz haradadır» sualına prezident İlham Əliyev belə cavab verib:
- Heç bir yerdə. Ölkəmizdə bu sahədə heç bir qadağa yoxdur. Hər kəs istədiyi kimi inkişaf edə bilər. Və bu hər bir vətəndaşın hüququdur.
P.S: Bəs eləsə Pasportlarda İnanclı Xanımların Hicabla şəkil çəkdirməsinə və cinayət məcəlləsinə əlavə edilən Din və Etiqad azadlığına qoyulmuş məhdudiyyətlər və qadağalar necə oldu!?
Əhsən Belə Sintezə!
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır