Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İraqın tanınmış Şiə alimi Ayətullah Əli Sistaninin Nəcəf Əşrəfdəki ofisinin səlahiyyətli nümayəndəsi xüsusi müxbirimizlə danışarkən bidirib: "Ayətullah Sistani İraqın daxili işlərinə əsla müdaxilə etməyəcək. Onun siyasi liderlərə edəcəyi tövsiyə yalnız İraqın birlik və bütövlüyünü qoruyub saxlamalarıdır.
Ayətullah Sistani bir müddətdir ki, ölkədə baş verənlər ilə əlaqədar İraqın siyasi liderlərindən heç kimi qəbul etmir və onların heç biriylə görüşmək istəmir”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır