Özüm haqda
Allahın lütfü ilə həddi-büluğa çatandan namaz qılıb, oruc tutmuşam. Yüksək din və elm mərkəzlərində təhsil alıb, xalqa düzgün xidmət göstərə biləcək alim olmaq istəmişəm. Bu arzuma çata bilməsəm də, elm və təhsildən bir gün də ayrı qalmamışam. Şəxsən öz həyatımda əldə etdiyim təcrübədən başa düşmüşəm ki, min ildən artıq fəaliyyət göstərən İmam Sadiq (ə) hövzələrində təhsil almaq bir başqa şeydir. Bu hövzələrdən uzaqda dini təhsil alıb alimlik dərəcəsinə yüksəlmək mümkün olsa da, həmin şəxsdə bir növ mənəvi boşluq qalır və bu boşluğu doldurmaq ya qeyri-mümkündür, ya çox çətin! Bu boşluğu mən özümdə və mənim taleyimi yaşayan dostlarımda açıq-aydın müşahidə etmişəm. Bəzən mən də digər məşhur xətib dostlarım kimi beş-on kitabı vərəqləyib maraqlı bir söhbət hazırlayıram. Yaxud da hansısa məşhur bir alimin söhbətinin lent yazısına qulaq asıb, onu özümünküləşdirir, məclis əhlinə gözəl bəyanla çatdırıram. Bəzən söhbətlərim o qədər cazibəli olur ki, eşidənlər mənim böyük alim olduğumu zənn edirlər. Bir qədər dərinə getsəm mənim müctehid olduğumu düşünərlər. Amma həmişə özümə qarşı ilk tənqidçi məhz özüm oluram. Çəkinmədən onlara deyirəm ki, mən alimlərin kitablarını mütaliə edib, sizin üçün maraqlı və vacib olacaq məlumatları toplayır və sizə danışıram. Mümkündür ki, danışdığım söhbətlərin çoxu bir müddətdən sonra tamamilə yaddan çıxsın. Çünki onlar mənim elmi araşdırmalarım, tədqiqat əsərlərim deyil. Nə üçün özümə qarşı amansızam, istəmirəm məni böyük alim, hətta müctehid kimi tanısınlar? Cavabı çox sadədir: qorxuram! Layiq olmadığım yüksək ad məni qürrələndirəcək, bir müddətdən sonra elə zənn edəcəyəm ki, doğrudan da, müctehidəm və başlayacağam ağına-bozuna baxmadan İslam adından öz sözümü deməyə. Öz ağıl və düşüncəmin məhsulu olan anlayışları İslamın hökmləri adı ilə sırıyacağam camaata. Bir də ayılıb görəcəyəm ki, məhşər ayağındayam, əzab mələkləri məndən soruşurlar ki, nəyə görə bilmədiyin şeylər haqqında danışırdın, nə üçün Allahın nazil etdiyi kimi yox, insanların xoşuna gələni bəyan edirdin? Allahın, Peyğəmbərin, imamların əmanətini, Əhli-beyt (ə) maarifini nə üçün olduğu kimi çatdırmadın camaata?
Nə üçün sizə bu məktubu yazmaq qərarına gəldim?
Həzrət Peyğəmbərdən (s) bir hədis: “İslam aləmində bidət zahir olarkən alimlər onu cavablandırsınlar - belə etməsələr Allahın lənəti olsun onlara.”
Sizin son yazı və çıxışlarınızda bidətə başladığınıza şahid oldum. Gözlədim ki, ölkəmizdə yaşayan səlahiyyətli və savadlı din alimlərimiz öz elmlərini izhar edib cavab versinlər, özlərini ağır şəraitdə olsa da Allahın lənətinə düçar olmaqdan qorusunlar. On gündən artıq gözlədim, cavab olmadı. Məcburiyyət qarşısında bu işi öz üzərimə götürdüm.
Bildiyiniz kimi, Allahın öz bəndələrinə vacib etdiyi hökmlər iki yerə bölünür: 1. Hamıya eyni vacib olanlar; məsələn gündəlik namazlar. Heç kəs sağ ikən digərinin namazını qıla bilməz.
2. Kifayət edən vaciblər; meyit namazı kimi – dünyasını dəyişmiş müsəlmana meyit namazı qılmaq bu işdən xəbəri olan bütün müsəlmanlara vacibdir. Amma onlardan biri bu işi görərsə, qalanlarının üzərindən götürülür. Sizin sözlərinizə cavab verməyi ikinci növ vaciblərdən saydım, amma kimsənin cavab vermədiyini gördükdə bu işin məsuliyyətini öz üzərimə götürdüm.
Nə üçün sizi əmr be məruf etməkdə belə bir aşkar yol seçdim?
Birincisi, məlumatıma əsasən, tək olarkən siz çox tez nəsihət qəbul edirsiniz və çox tez də hər şeyi unudursunuz. Heç bir şey olmamış kimi, yenə də işinizi davam etdirirsiniz. Bu hal təkrarlanmasın deyə, sizə qarşı ictimai diqqət mexanizmi yaratmaq fikrinə düşdüm. Bu həm sizin, həm də sizi dinləyən dini kəsimin xeyrinə olar. Bir də ki, sizin sözlərinizi çox geniş dindar kütlə eşitdi və ya oxudu; onların bu sözlərin cavabını da eşitməsi zəruridir.
Sözümün canını deməyə tələsmirəm, nəsihətlərim üzərində diqqətlə fikirləşin. “Tədric qanunu” deyilən bir təcrübi anlayış var. Normal şəraitdə bu qanun düzgün icra olunarsa, nəzərdə tutulan insanı istənilən rəzil dərəcəyə endirmək olar. Bu anlayış üçün qurbağanı misal çəkiblər. Göllərdə suyun temperaturu 8-10 dərəcəyə enəndə qurbağalar suyu tərk etməyə başlayır. Onlar 25-30 dərəcədən yuxarı temperaturlu suyu da sevmir. Belə bir təcrübə aparırlar. Qurbağanı su ilə dolu dəmir çəlləyə salırlar. Çəlləyi tədricən qızdırmağa başlayırlar. Tədric məsələsinə o qədər dəqiq riayət olunur ki, qurbağa qaynamağa başlayan suda bişib ölür, amma kənara sıçrayıb özünü xilas etmir.
Siz bir gün Amerika səfirliyinə dəvət almışdınız, iftar süfrəsinə əyləşdiniz, amma süfrədən bir şey yemədiniz, sizi qınayanlara dediniz ki, bu süfrədən bir tikə yemək, şeytana əl uzadıb bismillah deməkdir. Dediniz ki, bu yemək mənim ətimə, qanıma işləyəcək, ruhuma, imanıma mənfi təsir göstərəcək. Çox gözəl və dəqiq bir cavab idi. Amma onlar sizin kimi şəxslərdən sadəliklə vaz keçməzlər. Sizə və sizin kimilərinə qarşı mexanizm hazırladılar, tədric üsulunu işə saldılar. Əgər onlarla birbaşa ünsiyyətə hazır deyilsinizsə, ixtiyarlarında sizinlə çox rahat təmas yarada biləcək insanlar var. Soruşa bilərsiniz ki, məsələn kimlər? İlk növbədə zəif cəhətinizi deyim, sonra bu şəxslərin kimliyindən danışaq. Ürəyiniz iman nuru ilə doludur, dinə xidmət üçün potensial imkanınız bəs qədərdir, fəaliyyət zərurəti isə nəhayətsiz dərəcədə çox. Maddi imkan isə az qala sıfra bərabər. Ehtiyatlı adam olduğunuzdan müəyyən xarici dairələrdən yardım almırsınız, daxili dini sturukturun heç bir dini fəaliyyət proqramı yoxdur, əksinə sizdən umacağı var; bu arada pullu iman əhli peyda olur. Ətrafınızda “hacı, sizə necə xidmət göstərə bilərik”, “icazə verin məscidi təmir edək”, “icazə verin sizə maşın alaq”, “icazə verin sizin üçün cangüdənlər işə götürək” deyənlər artır. Bir gün yanınıza əyilə-əyilə gələn və çox ehtiyatla dini işlərdə xidmət təklif edən bu şəxslər bir müddətdən sonra “ən sadiq” dostlar olur sizə. Mən ölkəmizdə həqiqi mənada xeyirxah insanların olduğunu inkar etmirəm. Hətta onlar sizin ətrafınızda da əksəriyyət təşkil edirlər. Amma onların arasında bir gün çörəyinə belə əl uzatmadığınız səfirin paçka-paçka göy pullarını gətirənlər yoxdurmu? Əgər yoxdur desəniz bu sadəlövhlük olar. Onlar maddi ehtiyac boşluğundan istifadə edib sizin etimadınızı qazanıblar, məsləhətçiniz olublar, xeyir-şərinizi müəyyənləşdirirlər. Artıq onlardan məsləhət almadan bir addım belə atmırsınız. Sübut? Mediaforum! Azərbaycanda mətbuat və internet barədə ibtidai məlumatı olanlar bilirlər ki, mediaforum.az saytı ABŞ və İsrailin müştərək layihəsidir. Büdcə, sifariş, təyinat və hər bir şey Amerika səfirliyi tərəfindən təmin olunur. Siz bunu bilmirsiniz? Dövrümüzün ən dahi müsəlman mütəfəkkiri zəmanəmizdə İslamı iki yerə bölür; Amerika islamı və həqiqi Məhəmməd (s) İslamı. Mediaforum dünya azəriləri üçün Amerika İslamını təbliğ edən və yayan ən böyük layihədir. Sizsə artıq onun tribunasına çevrilmisiniz. Təhlükəni vaxtında duymasanız gələcəkdə Amerika İslamının Ayətullahı olacağınız da istisna deyil.
Tədric anlayışı belə olur, bir gün onun murdar süfrəsinə əl uzatmağı şəriətə zidd addım hesab edən xalis mömin gələcəkdə onun Ayətullahı olur. Bu planlardan xəbərsiz olduğunuzu desəniz, sizi Peyğəmbər minbərindən danışmağa səlahiyyəti olmayan sadəlövh bir alim sayaram, ya ən azı səmimiyyətinizə şübhə edərəm. Sizinlə tədric üsulu ilə işə başlayan ikinci mərkəz ruhanilər idarəsi, şeyx Allahşükür Paşazadədir. Bu şəxs ateist sovet rejimində İslam dini ilə mübarizə məqsədi ilə DTK tərəfindən işə götürülmüş mütəxəssis zabitdir. Müstəqilliyimizin onuncu ildönümündə MTN-nin general rütbəsinə yüksələ bilib. Ölkəmizdə İslamla mübarizədə ən yüksək rütbəli məmur, ən təcrübəli mütəxəssis və ən çox səlahiyyətə malik dövlət orqanının başçısıdır. Təəccüb etməyin, bu qocaman kadr altı prezident yola salıb, ölkə başçısından altı ölkənin kəşfiyyat idarələri ilə İslama qarşı mübarizədə həmkarlıq tapşırığı alıb. (ABŞ, İsrail, İngiltərə, Rusiya, bir zaman Türkiyə, son zamanlar Ərəbistan)
Şeyx Paşazadə bir neçə il sizinlə görüşüb bir stəkan çay içmək həsrətini çəkdi. Siz onunla əyləşib görüşməyi haqlı olaraq özünüzə ar bilirdiniz. Nəhayət bəzi dostların vasitəçilik səyləri nəticəsində bu iş baş tutdu. İlk görüşdə maraqlı nüanslar yaşandı - öz sözlərinizdir xatırlayırsınızsa: Şeyx gözlərini bərəldib sağa-sola, yuxarı-aşağı baxdı. Otağında dinləmə qurğularının yerləşdirildiyini işarə ilə başa salaraq, çox yaxın məsafədə mənə tərəf əyilərək pıçıltı ilə danışmağa başladı: Azərbaycanda İslam təhlükədədir, əsas hədəf şiəlikdir. Hökumət şiəliyi məhv etmək üçün geniş plan hazırlayıb, Türkiyədən sünniliyin, Ərəbistan və Kuveytdən isə bu ölkədə vəhhabiliyin geniş yayılması üçün rəsmi yardım istəyib. Mən səsimi çıxara bilmirəm. Danışsam məni öldürərlər. Gedin iş görün, mən arxanızda durmuşam və s.
Bir zaman zahirdə dinin xeyrinə olan bu sözləri şeytan hiyləsi sayırdın, səninlə sıx rabitə saxlamaq, ünsiyyət yaratmaq və etimadını qazanmaq üçün düşünülmüş fənd hesab edirdin. Amma nədənsə bu ünsiyyət yarandı və arzuolunmaz həddə gəlib çatdı. Artıq şeyx sizinlə ucadan danışır, ötkəm və amiranə davranır. Bəzən barmaq silkələyir, hədələyir, tapşırıqlar verir. Məsələn? Şeyx uşağın da başa düşəcəyi şəkildə ilməli fitva verir, əzadarlıq mərasimlərini qadağan edən və ya məhdudlaşdıran bəyanat yayır. Bu fitva dindar kəsimdə ciddi etiraza səbəb olduqda, şeyxin xüsusi tapşırığı ilə məhərrəm gecəsi, Aşura ab-havası yaşanan bir mühitdə minbərə çıxıb onun fitvasını dinin xeyrinə yozursunuz, camaatın şeyxi düz başa düşmədiyini sübut etmək istəyirsiniz, bəzi islami mətbuatı böhtançılıqda ittiham edirsiniz. Diqqətli olun, tədric anlamı insanı haradan haraya yuvarlada bilir!
Məhərrəm gecəsi polis zorakılıqla qolunuzdan tutur, kənara çəkib məscidi boşaltmağı əmr edir. Siz də İmam Hüseyn (ə) əzadarlarından sakitcə dağılışmalarını istəyirsiniz, onlar da sizin acizanə xahişinizi nəzərə alıb gedirlər. Bu azmış kimi səhəri gün yenidən minbərə çıxıb camaata təşəkkür edirsiniz. Onların sakitcə dağlışmasını əsl İslam əxlaqının nümayişi adlandırırsınız. Üstəlik neçə illik zəhmətinizin hədərə getmədiyini xüsusi təkidlə vurğulayırsınız. Olmaya bu neçə ildə sizin fikriniz bu camaatı zülm və haqsızlıq qarşısında itaətkar kütləyə çevirmək olub?
Ölkədə İslam dininə qarşı soyuq müharibə planı həyata keçirilir. Az qala hər gün din əleyhinə hansısa bir qanun qəbul olunur. Hər gün haradasa bir namazxana bağlanır, kimlərsə inancına görə işdən qovulur, din xadimləri şərlənərək həbsxanalara atılır, qızlar hicabına görə məktəblərdən qovulur. Bu ölkədə yaşayan insan ən azı kar və kor olmalıdır ki, hər gün din əleyhinə bir tədbirin baş verdiyini görməsin və ya eşitməsin. Sizsə minbərdən deyirsiniz ki, İslam dini üçün heç bir təhlükə yoxdur, mənim dövlət qurumları ilə görüşlərim oldu, onlar bizdən xahiş edirlər ki, mərasimlər keçirin. Allah yolunda özünü alova atan hacı Abgüllər, hacı Mövsümlər fəryad çəkərək “bu gün Azərbaycanda İslam təhlükədədir” deyib zindanlara salınır, sizsə minbərdən “İslam azaddır, İslam üçün heç bir təhlükə yoxdur” deyirsiniz.
Bilmirsiniz ki, sizdən umulacaq şey qəhrəmanıq, mübarizlik deyil. Sizdən dəfələrlə xahiş olunub ki, bu kimi məsələlərdə mövqe bildirməyin, sükut edin. Yəni həqiqi həyatını təhlükəyə atıb İslama qarşı müharibədə canlarını sipər edən insanlara qarşı çıxmayın, onların əleyhinə danışmayın. Həzrət Əli (ə) buyurmuşdur: “Fitnələr zəmanəsində iki yaşlı dəvə kimi olun - onun nə yük çatmalı beli, nə sağmalı döşləri var.” Olmasın ki, hər yoldan keçən yükünü belimizə çatsın, ABŞ səfiri, Paşazadə və MTN gündə üç dəfə bizi sağsın.
Əgər bu gün sizin namaz qıldığınız məscid fəaliyyət göstərirsə, demək Azərbaycanda başdan-başa vəziyyət ürəkaçandır? Azərbaycan Məşədi Dadaş məscidindənmi ibarətdir? Sizdən xahiş olunub ki, danışanda ölkə müsəlmanları adından danışmayın, öz adınızdan danışın. Dəfələrlə cavabınızı eşitmişik. Deyirsiniz belə danışmasam və ya filan işi görməsəm məscidi bağlayacaqlar. Heç kəs belə bir şey arzulamır. Amma İslam dini kökündən təhlükəyə düşən zaman məscidin bağlanması çox kiçik bir işdir. İslam dini təhlükəyə düşən zaman İmam Hüseyn (ə) öz canını, qardaşlarını, övladlarını, hətta əhli-əyalını mübarizə meydanına gətirdi və hamısını İslama qurban etdi. Bir zamanlar çoxlarının qınağına səbəb olan Kərbəla faciəsi peyğəmbərin dininə yeni həyat verdi. Sizi zillətə vadar edənlərə qarşı amansız olun. Bircə dəfə məscidin açarlarını sıxın paşazadələrin təpəsinə və deyin ki, bizim dinimiz məscid divarları arasında məhdudlaşmır. Biz həqiqi Məhəmməd (s) dinini evlərimizdə, zirzəmilərdə olsa belə yaşadacağıq, amma Yezid və yezid sifətlərə beyət əli uzatmayacağıq.
Söhbətin əsas mövzusu
02.12.11 Tarixdə mətbuatda “İslam küçə qətlini təqdir edə bilməz” adlı yazınızı oxudum. Bu yazı Ayətullah Şeyx Cavad Lənkəraninin müraciətinə münasibət ünvanı ilə dərc olunmuşdur. Doğrusu bu barədə sensasiyalı bir cavab olacağını gözləyirdim. Amma mənə elə gəlirdi ki, bu yazının müəllifi iqtidarın saray mollası Paşazadənin əlaltılarından biri olacaq. Şeyx belə məsələlərdə ustaddır, nə atıb, nə tutduğunu yaxış bilir. Əgər nüfuzlu bir ruhanini - özü də xalq tərəfindən sevilib qəbul olunan birini - tora salmaq mümkündürsə, özünə problem yaratmağa nə ehtiyac var ki?! Qəbul etməyəcəyin təqdirdə, yəqin ki, yenə məscidin bağlanma təhlükəsi çıxarılıb qarşına! Hər halda mediaforum.az saytında məlum məsələyə iki diqqəti çəkəcək ruhani mövqeyi sərgiləndi. Onlardan biri İrandan qaçıb qərbə pənah aparan Amerika İslamının Ayətullahı Kədeyvər, digəri isə neçə müddətdir həqiqi Məhəmməd (s) İslamı ilə liberal Amerika İslamı arasında get-gəl edən nüfuzlu xətib hacı Şahin qardaşımız oldu.
Düşünüləsi nöqtələr:
1.Ayətullah Şeyx Məhəmmədcavad Fazil Lənkərani kimdir?
Bu şəxs Azərbaycandan 37-ci il repressiya dövründə mühacirətə getmiş məşhur alim Ayətullah