Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Riad əl Malki İslandiyanın xarici işlər naziri Ossur Skarfedinssonla görüşüb.
Görüşdə Fələstinlə İslandiya arasında diplomatik münasibətlərin qurulması, səfirlərin mübadiləsi haqqında sənəd imzalayıblar.
İslandiya parlamenti noyabrın 30-da 63 səs lehinə, 38 səs əleyhinə olmaqla Fələstin suverenliyinin tanınması haqda qətnamə qəbul edib. O, Qərbi Avropanın Fələstini müstəqil dövlət kimi tanıyan ilk ölkəsidir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır