15 dekabr 2011 - 20:30

Fələstin Milli Administrasiyasının xarici işlər naziri Riad əl Malki Reykyavikdə olub

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Riad əl Malki İslandiyanın xarici işlər naziri Ossur Skarfedinssonla görüşüb.

Görüşdə Fələstinlə İslandiya arasında diplomatik münasibətlərin qurulması, səfirlərin mübadiləsi haqqında sənəd imzalayıblar.

İslandiya parlamenti noyabrın 30-da 63 səs lehinə, 38 səs əleyhinə olmaqla Fələstin suverenliyinin tanınması haqda qətnamə qəbul edib. O, Qərbi Avropanın Fələstini müstəqil dövlət kimi tanıyan ilk ölkəsidir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır