1 dekabr 2011 - 20:30

Səudiyyə müxaliflərindən Əhli-Sünnə məzhəbli Kesab Əl-Atibi Səud rejiminin nə məzhəb və nə də digər bir amili fikirləşdiyini dedi. Onların niyyəti hakimiyyətdə qalmaqdır.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Səudiyyə Ərəbistanının Qətif adlanan məntəqəsində Səudiyyə rejiminə müxalifliyi ilə tanınan Əhli-Sünnə məzhəbli Kəsab əl-Atibi Qətifli gənc şiələrin etirazlarına dəstək nümayiş etdirərək belə deyib: "Ali-Səud rejimini nə məzhəb, nə də bir şey marağlandırır. Onları marağlandıran yeganə bir şey varsa o da hakimiyyətdə qalmaqdır. Biz Əhli-Sünnə olaraq Qətif qəsəbəsindəki şiələrə atılan iftiraları qətiyyən rədd edirik və pisləyirik. Həmçinin etirazçı cavanlara öz dəstəyimizi hər zaman nümayiş etdirmək əzmindəyik."

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır