Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Təbriz şəhərində keçirilən "İslam İnqilabının Azadı" kimi tanınmış şəhid Sahrux Zərğamın xatirəsinə həsr olmuş mərasimdə Ayətullah Siddiqi çıxış edib.
Ayətullah Siddiqi həzrətləri söhbət əsnasında Azərbaycan Respublikasındakı son duruma işarə edərək deyib: "Bu ölkə xalqı imam Hüseynçidir (ə). Onların qəlbi Hüseyn ibn Əli (ə) ilədir. Sovet hökumətinin dağıldığı ilk illərdə kommunist rejimin təbliğinə görə bu ölkə qadınlarının hicab barədə məlumatı yox idi. Bununla belə onlar imam Hüseyni (ə) sevirdilər və qəlbləri o həzrətə bağlı idi. Məhərrəm ayında da əzadarlıq edirdilər. Sovet hökumətinin dağılmasından artıq bir neçə il keçir və həmin qızlar və xanılmar islami hicaba meyillidirlər. Amma çox təəssüflər olsun ki, dövlət yenə hicabı qadağan etməklə onlarla və dindarlarla üz-üzə dayanmışdır".
Tehranın müvəqqəti imam cüməsi artırıb: "Bakı dövləti özünü dindarlarla üz-üzə qoymaqla səhvə yol verir. Əhli-beytin (ə) məhəbbət cövhəri bu xalqın ürəyində qərarlaşıb. Onlar Kərbəlalıdırlar və canlarında cihad və şəhadət damarları var, hicab qadağasına dözə bilməzlər".
Əxlaq ustadı Ayətullah Siddiqi dünyanın ikinci şiə ölkəsi olan Azərbaycanda sionistlərin nüfuzuna işarə edərək bildirib: "Bu ölkənin müsəlman xalqı İsrailin onların ölkəsində azadcasına hər iş edə bildiyi halda özlərinin, hətta haqq dinlərini təbliğ edə bilmək hüququndan məhrum olmalarına dözə bilməzlər. İndi Azərbaycan Respublikasında şiələr İranda təhsil almış ruhaniləri moizə etməyə dəvət edə bilmirlər. Bu vəziyyət gərək dəyişsin".
Qeyd edək ki, Ayətullah Siddiqi çərşənbə günü 23 noyabrda Maralanın "Əşrəful-ənbiya (s)" məscidində çıxış edib və bu mərasim yüzlərlərə təbrizlinin iştirakı ilə keçirilib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır