Əhlİ Beyt -ABNA- xəbər agentlİyİnİn verdİyİ xəbərə əsasən: ABŞ dİplomatlarına aİd məxfİ yazışmaları açıqlamaqla dünya dİplomatİyasında “zəlzələ” effektİ yaradan “WİkİLeaks” saytı Azərbaycanla bağlı sİlsİlə sənədlər yaydığı haqda məlumat vermİşdİk. Müxtəlİf İllərİ əhatə edən həmİn sənədlərdə ABŞ-ın ölkəmİzdəkİ səfİrlərİnİn, dİplomatİk korpusun yüksək vəzİfəlİ əməkdaşlarının Vaşİnqtona ünvanladığı “məxfİ” və “tam məxfİ” şrİftlİ məktublarda Azərbaycanda baş verən İctİmaİ sİyasİ proseslər, olayların pərdəarxası məqamları öz əksİnİ tapıb.
ABŞ-ın ölkəmİzdə səfİrİ olmuş Rİno Harnİşİn “mərkəz”ə göndərdİyİ 21 mart 2006-cı İl tarİxlİ məxfİ məktubunda ABŞ dövlət katİbİnİn Avrasİya məsələlərİ üzrə müavİnİ Danİel Frİdİn Azərbaycana səfərİ, onun İlham Əlİyevlə görüşü, aparılan danışıqların gİzlİ detalları qeyd olunur.
Harnİş məktubunda yazır: “İlham Əlİyevİn martın 14-də ABŞ dövlət katİbİnİn Avrasİya məsələlərİ üzrə müavİnİ Danİel Frİdlə görüş zamanı Azərbaycanın daxİlİ və xarİcİ sİyasətİ müzakİrə olunub. Görüş zamanı İlham Əlİyev bİldİrİb kİ, Azərbaycan ABŞ-la əməkdaşlıqda maraqlıdır və rəsmİ Bakının Qərbmeyllİ orİyentasİyası qüvvədə qalır. İlham Əlİyev müzakİrələr zamanı Gürcüstanda yaşayan azərbaycanlıların durumundan narahatlıq keçİrdİyİnİ də ABŞ rəsmİsİnİn dİqqətİnə çatdırıb”.
Əliyev Danİel Frİdə hansı sözü verİb?
Daniel Fridlə İlham Əliyevin görüşündə Azərbaycanın daxili ictimai-siyasi vəziyyəti, hökumətin atdığı addımlar, geridə qalan parlament seçkiləri müzakirə olunub. Daxili siyasət məsələlərinin müzakirəsi zamanı İlham Əlİyev qeyd edib ki, enerji sektorunun inkişafından sonra ölkəyə daxil olan gəlirlərdən düzgün istifadə olunması, yoxsulluq səviyyəsinin azaldılması nəzərdə tutulur. Daniel Frid İlham Əlİyevə söyləyib ki, Azərbaycanda demokratiya və insan haqlarının inkişafı qaçılmazdır. Bununla yanaşı həbs olunan eks-nazirlər Əli İnsanovla Fərhad Əliyevin məhkəmə prosesinin şəffaf keçirilməsi vacibdir. İlham Əliyev də öz növbəsində söz verib ki, keçmiş nazirlərin məhkəmə prosesi şəffaf və açıq keçiriləcək: “Azərbaycanın daxili siyasətinin müzakirəsi zamanı İlham Əliyev söyləyib ki, o, ötən il keçirilən parlament seçkiləri nəticəsində Müsavat partiyasının namizədlərinin bir neçə yer qazanmasından və onların parlamentə getmək haqda qərar verməsindən məmnun qalıb. Əliyev Fridin nəzərinə çatdırıb ki, o, İsa Qəmbərə qarşı şəxsi antipatiyası olsa da, Müsavat başqanının parlamentə getmək haqda qərarı verməsinə sevinir. Eks-nazirlər Fərhad Əliyev və Əli İnsanovun həbsinə toxunan Əliyev əlavə edib ki, nəyə görə Qərb Fərhad Əliyevin işinə belə diqqət ayırır. Halbuki həmin nazirlər siyasi hakimiyyətin yox, hökumətin üzvləri olublar”.
“Azadlıq bloku”na daxil olan partiyalardan 2005-ci il seçkilərinə dair fərqli qərar
“WikiLeaks”ın Azərbaycanla bağlı açıqlanmış başqa bİr məxfİ yazışma İsə 2005-cİ İldə keçİrİlmİş parlament seçkİlərİndən sonra “Azadlıq bloku”na daxİl olan partİyaların seçkİlərlə bağlı mövqeyİ, Müsavat partİyasının parlamentə getmək, AXCP və ADP-nİn İsə parlamentİn İşİnə qatılmamaq haqda qərarlarından bəhs edİr. Rİno Harnİş 7 fevral 2006-cı İl tarİxlİ məxfİ məktubunda yazır: “Fevralın 5-də Müsavat Partİyasının üzvlərİ toplantı keçİrərək noyabr seçkİlərİ zamanı qələbə qazanmış namİzədlərİn parlamentə getməsİ və mayın 13-də keçİrİləcək əlavə seçkİlərdə İştİrak etmək barədə qərar verdİ. Müsavat partİyası əlavə seçkİlərdə İrəlİ sürəcək namİzədlərİn adlarını açıqlamasa da, partİyanın rəhbərlİyİndə təmsİl olunan Arİf Hacılı və Rauf Arİfoğlu təkrar seçkİlərə qatılmaq İstəklərİnİ gİzlətmİrdİlər. Müsavat partİyasının başqanı İsa Qəmbər parlamentə getmək və əlavə seçkİlərə qatılmaq barədə qərarın parlamentİn legİtİm olmasına dəlalət etmədİyİnİ bİldİrərək bu addımların partİya maraqlarına uyğun atıldığını söyləyİb”.
Dİplomat Vaşİnqtona ünvanlanan gİzlİ teleqramında “Azadlıq bloku”na daxİl olan dİgər İkİ nüfuzlu müxalİfət partİyası Azərbaycan Xalq Cəbhəsİ Partİyası (AXCP) və Azərbaycan Demokrat Partİyasının (ADP) seçkİlərdə qalİb gəlmİş namİzədlərİnİn parlamentə getməməsİ haqda qərar verdİyİnİ yazır. Səfİr onu da əlavə edİr kİ, AXCP-dən olan Cəmİl Həsənlİ deputat mandatı qazansa da, o, parlamentə gedİb getməmək barədə konkret qərarını açıqlamayıb: “Hər İkİ partİya rəhbərİnİn namİzəd olduqları daİrələrdə seçkİlərİn nətİcələrİ ləğv olunub. AXCP və ADP-nİn mayın 13-də baş tutacaq əlavə seçkİlərdə İştİrak etməyəcəyİ güman olunur. Lİberal Partİyasının lİderİ Lalə Şövkət parlamentə mandat qazansa da bundan İmtİna edərək, partİyasının əlavə seçkİlərə qatılmayacağını bəyan edİb”.
Rİno Harnİş məktubunda “Azadlıq bloku”na daxİl olan Musavat partİyasının parlamentə getmək və mayın 13-də baş tutacaq əlavə seçkİlərə qatılmaq haqda qərarının gözlənİlməz olmasa da, bu blokun daxİlİndə gərgİnlİyə və blokun tənəzzülünə yol açacağının İstİsna edİlmədİyİnİ yazıb: “AXCP rəhbərlİyİ açıq və dolayı şəkİldə partİya üzvlərİnİn mayın 13-də keçİrİləcək əlavə seçkİlərə qatılmayacağı mövqeyİnİ ortaya qoyub. AXCP sədrİnİn müavİnİ Fuad Mustafayev fevralın 2-də bəyan edİb kİ, ”Azadlıq bloku” fəalİyyətİnİ davam etdİrəcək. Müsavat partİyasının blokdan getməsİ İstənİlən halda blokun gücünün azalmasına yol açacaqdır”.
Dİqqət: Xəbərdən İstİfadə etdİkdə mənbəyə İstİnad lazımdır