22 noyabr 2011 - 20:30

İran İslam Respublikası səfirliyi bəyanat yaydı. Əlyar Səfərli: «Mən də İran rejimini tənqid eləmişəm, amma əleyhimə iş görməyiblər»

Əhlİ Beyt -ABNA- xəbər agentlİyİnİn verdİyİ xəbərə əsasən: Noyabrın 19-da yazıçı-publisist rafiq tağı Xətai prospektindəki evinə gedərkən bıçaqlanıb. Altı bıçaq yarası alan yazıçı 1 saylı xəstəxanaya yerləşdirilib. rafiq tağı bıçaqlanmağını noyabrın 11-də yayımlanan “İran və qloballaşma” məqaləsi ilə bağlayıb. Yazıçı heç kimlə ədavətinin olmadığını deyir. Cəmiyyətdə qanlı hadisəyə yanaşma isə birmənalı deyil.

Azərbaycanın İran İslam Respublikasındakı keçmiş səfiri Əlyar Səfərli sui-qəsdin arxasında Tehranın dayanmasına inanmadığını deyir. “Mən də İranı tənqid eləmişəm, amma əleyhimə iş görməyiblər. İran İslam Respublikası əleyhinə yazmışam, yazıram və yazacağam da. İşin mahiyyətini öyrənmək lazımdır. Araşdırma aparılmalıdır. Bu, bəlkə ölkə daxilindəki dindarların əməlidir. Çox güman ki, onlar rafiq tağını bıçaqlayıblar”.

Lənkəranda yerləşən müstəqil “Hüquqi məsləhətlər və vətəndaşlara xidmət mərkəzi”nin direktoru Sədrəddin Kazımov deyir. “Biz İran islam Respublikası ilə qonşuyuq. Onlarla sıx münasibətlərimiz var, düşmən deyilik. rafiq tağının Peyğəmbərin əleyhinə yazıları var idi. Yəqin, kiminsə haqqında yazıb ki, onun qisasın alırlar. Peyğəmbərinə qarşı nalayiq ifadələr yazan şəxs başqa insan haqqında da u sözləri yaza bilər. Bu işi İranın etməsi gülünc və ağlasığmazdır. Bu düşünülmüş bir hadisə də ola bilər. rafiq tağı yazını yazıb, sonra özünü bıçaqlatdırar ki, bunu İran rejimindən bilsinlər. Ölkə daxili dindarların rafiq tağını öldürmək niyyətləri olsaydı, onu bu günə qədər öldürmüşdülər. Bu təxribat ola bilər. Dindarlar təxribata qarşı dayanıqlıdırlar”.

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi rafiq tağının bıçaqanması, olayda İranın adınını hallandırılmasına kəskin etiraz bildirib. Səfirlik bu hadisəni Amerikanın təxribatı adlandırıb. “Mənfi atmosfer yaratmaq məqsədi daşıyan bu əməlləri İran İslam Respublikası və Azərbaycan Respublikası arasındakı strateji münasibətlərə xələl vurmaq istiqamətində sionizm-Amerika təxribatları kimi qiymətləndirir və bu kimi cəhdləri puç və məğlub addım hesab edirik”-deyə bəyanatda qeyd olunur.

Dİqqət: Xəbərdən İstİfadə etdİkdə mənbəyə İstİnad lazımdır