Keçən ilin Məhərrəmindən bu ilin Məhərrəminə kimi şiənin daimi şüarı 'Hər gün Aşura, hər gün Kərbəla' və Allahın əbədi sünnəsi 'Tarix boyu haqqla batilin müqabiləsi', dünyanın ikinci şiə ölkəsində yeni məna tapdı
Müqəddimə
Artıq Məhərrəm ayı yaxındadır. Azərbaycanlı dindarların islami hicab qadağasına qarşı hərtərəfli və nisbətən istiqamət tapmiş müqaviməti ikinci ilə qədəm qoyur. Bir müqavimət ki, onu hicab hərəkatı adlandırmaq olar. Sözsüz ki, keçən ilin Məhərrəmindən bir neçə gün sonra başlayacaq Məhərrəmə kimi olan müddəti Azərbaycan Respublikasında sekülar hökumətin əsaslarının titrəmə dövrü adlandırmaq olar. Səkkiz il öncə Cənubi Qafqazın ən böyük ölkəsində prezidentlik kürsüsünə oturan AR prezidenti, bəlkə də heç vaxt son bir ildəki qədər təzyiqlərə məruz qalmamışdı.
Bəlkə də İlham Əliyevin 2003-cü ildə prezident seçkilərində parlayan ulduzu, islami oyanışla eyni zamanda hicabı qadağan etməklə batmaq üzrədir. Şübhəsiz ki, AR prezidenti islami hicabı məktəblərdə qadağan etməyin dövlət üçün ağır xərclər bahasına başa gələcəyini bilsəydi, bu qadağanı başqa bir münasib vaxtda icra etmək üçün öz sionist dostlarını qane etməyə çalışardı.
Deyilənlərə diqqət etməklə, qələm, AİP sədrinin hicab qadağasına etiraz çıxışını mehvər qərar verməklə Azərbaycan Respublikasındakı bir illik hicab hərəkatını müxtəsər surətdə araşdırmaq istəyir.
O mühüm çıxış
AİP sədri doktor Mövsüm Səmədovun Bakı dövlətinin siyasətlərini Müaviyə və Yezid siyasətlərinə bənzətdiyi 2 yanvar tarixindəki şücaətli çıxışı, azərbaycanlı dindarların hicab qadağasına və dövlətin digər anti-İslam siyasətlərinə qarşı etirazlarının ən yüksək həddinə çatdırdı və AR dövlətinə ağır zərbə endirdi. Doktor Səmədov həmin tarixi çıxışında dövlətin islamofobiya siyasətlərindən əlavə, rüşvətə əsaslanan dövlət sistemini, ölkədəki ağır yoxsulluğu, ədalətsizliyi, ayrıseçkiliyi, əxlaq pozğunluğunu, dövlət tərəfindən ictimai əmlakın talan edilməsini tənqid etdi və İlham Əliyev dövlətinin siyasətlərini kommunistlərin 1937-ci il siyasətlərinə bənzətdi. Bu çıxışda Aşura gününün hadisələrinə və əməvilərin əhli-beytin (ə) hicabı ilə mübarizəsinə işarə edərək dedi: "Bu günləri də yenə bizim müsəlman ölkəmizdə qızlarımızın hicabına əl uzadılır".
Doktor Səmədov çıxışının davamında dedi: "Yezid ibn Müaviyənin ətrafında yəhudi və xristian müşavirlər vardı, bu günləri də bizim dövlətimiz kamil surətdə sionistlərin ixtiyarında qoyulubdur və Azərbaycandakı anti-İslam siyasətlərin həqiqi mənşəyi sionist rejimidir".
AİP sədri şiə ölkəsində dinsiz və Yezidə oxşar şəxslərin hökumətinə yer olmamasını təkid edərək, Azərbaycan xalqını oyaq olmağa və öz haqqını tələb etməyə çağırdı.
AİP sədri bu ifşaçılığın bahasını ödəyəcəyini yəqinliklə bilirdi. Ona görə də çıxışının davamında imam Hüseynə (ə) xitab edərək dedi: "Ya Hüseyn! Bu məsələləri Allahın razılığından ötəri və sənin yolunda dedim. Ya Hüseyn, əgər Aşurada olmadıq ki, sənə kömək edək, bu günləri sənin dininə kömək üçün ayağa qalxmışıq".
Doktor Səmədovun çıxışının nəticələri
Yuxarıdakı çıxışdan sonra Bakı dövləti doktor Səmədovu həbs etməklə Azərbaycan Respublikasında xalq etirazlarının qarşısını almağa çalışdı. Lakin onun və ondan başqa onlarla ruhaninin, islamçı fəalların həbsi etiraz dalğalarının bir az da genişlənməsinə səbəb oldu və islami oyanışı sürətləndirdi.
Keçən bu bir il müddətində, Bakı dövlətinin anti-İslam siyasətlərinə etiraz olaraq yüzlərlə aksiya, konfrans, dəyirmi masa və digər yığıncaqlar keçirilmiş və 130 mindən çox şəxs imzatoplama kampaniyasinda iştirak etmişdir. Eyni zamanda islamçıların vitural fəzada iştirakı armışdır.
Azərbaycan Respublikası dövlətinin anti-İslam siyasətlərinə etiraz dalğaları ölkə sərhədlərini aşaraq, İran,Türkiyə və digər İslam ölkələrin müsəlmanlarının diqqətini ölkədə baş verən məsələlərə yönəltdi. Hətta, Avropa və ABŞ ölkələri kimi azlıqda olan müsəlmanlar İlham Əliyevin islamofobiya siyasətlərinə etiraz etdilər.
Bu arada önəmli məsələ Bakı dövlətinin məsələyə əksül-əməlidir. Sonsuz təəssüf və təəccüblə demək olar ki, dövlət böhrana doğru gedən ölkənin sabitliyindən ötəri heç bir addım atmamaqdan əlavə, AİP sədri və onunla birlikdə həbs olunanları 12 il həbslə cəzalandırdı, ölkədən xaricdə təhsil alan azəri din alimlərinin dini təbliğlə məşğul olmasını qadağan edən qanunun qəbulu ilə onları mübarizəyə çağırdı.
Əlbəttə, Bakı dövləti digər problemlərlə də üzləşdi. Belə ki, dindarların dövlətlə birbaşa qarşıdurması, azəri şiələrin məhdudiyyətlərinin ölkədən xaricə çıxması kimi problemlərdən əlavə, digər mövzuları da artırmaq olar. O da İlham Əliyev dövlətinin qərbyönümlü müxaliflərinin və bəzi azəri ziyalıların fəallaşması, iqtisadi problemlər üzündən xalqın səbir kasasının daşmasıdır. Belə ki, bir neçə gün öncə bəzi azəri mediyalar islamçılar, ziyalılar və qərbyönümlülər üçlüyünün birləşəcəyi surətdə İlham Əliyevin süqutunun mütləq olacağı barədə yazmışdılar.
Ötən bir ildə hicab əvvəl orta məktəblərdə sonra isə bütün təhsil ocaqlarında qadağan oldu. Amma faktiki olaraq azəri qızlar və xanımlar arasında hicaba təmayül artdı. Bu məsələ sorğu vasitəsilə ələ gələn məlumatdan əlavə, həyatda da aydın surətdə özünü göstərməkdədir.
Ötən bir ildə AİP sədri və onlarla ruhani, islamçı fəal həbs olundu və onların bəzilərinin həbsi uzun müddətli oldu. Amma bunun müqabilində azəri cavanların dinlə tanışlığı, dinə bağlılığı fövqəladə surətdə sürətləndi. Keçən illin Məhərrəmindən indiyə kimi məscidə gələn azəri gənclərin sayı təqribən iki dəfə artmışıdır.
Ötən bir ildə sionistlərin hökumət orqanlarında nüfuzu artsa da və AR neftindən və digər milli sərvətlərindən daha artıq bəhrələnsələr də bu rejim bir il ərzində bir neçə dəfə səfirliyini dəyişməyə və ya tətil etməyə, öz vətəndaşlarına AR-dakı təhlükəsizlik barədə xəbərdarlıq etməyə məcbur oldu.
Son söz
Bütün bu deyilənlər bir mövzunu aydınlaşdırır və o da budur ki, keçn ilin Məhərrəmindən bu ilin Məhərrəminə kimi AR-da haqq cəbhəsi ilə batil cəbhəsi arasında böyük fasilə yarandı və bir gün AR siyasi mütəxəssislərin hesablamalarında yeri olmayan azəri dindarlar, sekularizm və dinsizlik üzərində qurulmuş bir dövlət üçün önəmli bir problemə çevrilib.
Sözsüz ki, bu bir il müddətində yeni bir mərhələyə daxil olmuş islamçılıq hərəkatının fəaliyyəti davam edəcək. Ola bilsin ki, çox da uzaq olmayan bir müddətdə AR xalqı böyük bir əməli həyata keçirsinlər və bütün siyasi mütəxəssisləri heyrətə salsınlar. Bu arada Məhərrəm ayı və onun yaratdığı ruh yüksəkliyi çox önəmli və əvəzedilməzdir. Buna görədir ki, hələ Məhərrəmə bir neçə ay qalmış Bakı dövləti var gücü ilə Məhərrəm ayında keçiriləcək dini mərasimlərin qarşısını almağa hazırlaşır. Bu barədə dini fəallara xəbərdarlıq etməsi, imam Hüseynə (ə) əzadarlıq simvollarının məscidlərdən yığışdırılması, Məhərrəm ayına aid kitabların bazarlardan yığışdırılması, telekanallarda qeyri-əxlaqi proqramların artırılması və s. sübut kimi göstərmək olar.
Sonda onu demək olar ki, keçən ilin Məhərrəmindən bu ilin Məhərrəminə kimi şiənin daimi şüarı "Hər gün Aşura, hər gün Kərbəla" və Allahın əbədi sünnəsi "Tarix boyu haqqla batilin müqabiləsi", dünyanın ikinci şiə ölkəsində yeni məna tapdı, bütün maddi qüdrət vasitələrindən məhrum olmuş şiələr, əli yalın halda dövlətin, bundan da önəmli sionistlərin qarşısında dayandılar, ruhi, fiziki işgəncələrə, ictimai məhrumiyyətlərə, həbslərə və s. baxmayaraq, öz məqsədlərindən geri çəkilmədilər, imam Hüseynin (ə) "Heyhat, zillət bizdən uzaqdır" şüarını bir daha zümzümə etdilər.
Digər bir tərəfdən öz kişilərinin yanında şücaətlə dayanmış azəri qadınların əvəzedilməz rolu, həzrət Zeynəbin (ə) Aşura günü yaratdığı həmasəni bir daha zehinlərdə canlandırdı. Doktor Mövsüm Səmədovun hicablı həyat yoldaşının məhkəmədə öz çadrasını təhlükəsizlik qüvvələrinə göstərərək "Siz bundan qorxursunuz. Bilin ki, bu (hicab mədəniyyəti və iffət) hər gün artacaqdır!"-deyə fəryad etdiyi an, nə qədər görməli bir səhnə idi.
Bəli, tarixdə dəfələrlə təcrübə olunubdur ki, müsəlmanların ən böyük ictimai-siyasi dəyişikliklərinin başlanğıcı bir fərdin və ya bir qrupun ixlasla fədakarlığı vasitəsilə olmuşdur. Nəzərə çarpan budur ki, artıq bu mühüm hadisə Azərbaycan Respublikasında baş vermişdir və bu gün şiələrin istəyi təkcə hicab qadağasının ləğvi deyil. Onlar iki əsrə yaxındır ki, qəmli taleni təcrübə edən dünyanın ikinci şiə ölkəsində bütün islami dəyərlərin tamamilə dirçəlişini istəyirlər.
Dİqqət: Xəbərdən İstİfadə etdİkdə mənbəyə İstİnad lazımdır