21 noyabr 2011 - 20:30

Ləqəbi "Muaz" olan Fikrət Əliyev DQİDK-nin sədr müavini Gündüz İsmayılovun yaxın dostu olub.

Əhlİ Beyt -ABNA- xəbər agentlİyİnİn verdİyİ xəbərə əsasən: Son günlər ölkə mediasında gündəmi tutan ən əsas mövzulardan biri xaricdə təhsil məsələsinin Milli Məclis tərəfindən qanuna daxil edilməsidir.

Bu mövzu ciddi narazılıqlar yaratmaqla bərabər, öz növbəsində dini təhsil almış şəxslərin dolayısı yolla vətən xaini adlandırılmasının rəsmiləşdirilməsi idi. Hamını sözügedən məsələnin həqiqiliyinə inandırmağa çalışan şəxslərdən biri isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovdur.

Bu gün email ünvanımıza DQİDK-nin keçmiş əməkdaşlarından biri Gündüz İsmayılovun yaxın dostu barədə məlumat göndərib. Məlumatda bildirilir ki, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində çıxışı zamanı xaricdə təhsil alan alimlərimizi dolayısı yolla xain adlandırmağa çalışan DQİDK-nin sədr müavini Gündüz İsmayılov deyəsən öz tələbə yoldaşı və yaxın dostu olan Fikrət Əliyevi yaddan çıxarıb. Məktubda əlavə olaraq qeyd olunur ki, ləqəbi “Muaz” olan Fikrət Əliyev Əfqanıstanda Talibançılara qoşularaq amerikalılara qarşı döyüşüb və dünyasını dəyişib. Həmçinin bildirilir ki, bu şəxs - Fikrət Əliyev 2009-cu ildə DQİDK-də işləyib. Fiktər Əliyevin işə düzəlməsinə isə Gündüz İsmayılov yaxından köməklik göstərib. Və F.Əliyev onun şöbəsinndə ekspert olub.

P.S. Redaksiya olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq və gün ərzində Gündüz İsmayılovun mövqeyini də dərc etməyə çalışacağıq.

 

Dİqqət: Xəbərdən İstİfadə etdİkdə mənbəyə İstİnad lazımdır