21 noyabr 2011 - 20:30

Mayis Güləliyev: "rafiq tağı elə bir fiqur deyil ki, onun hadisəsi ölkədə hər hansı böyük rezonansa səbəb olsun"

Əhlİ Beyt -ABNA- xəbər agentlİyİnİn verdİyİ xəbərə əsasən: Bir neçə gün bundan əvvəl ABŞ-ın “FOXnews” telekanalı belə bir məlumat yaymışdı ki, İran hökuməti Azərbaycanda qarışıqlıq yaratmaq üçün ölkənin tanınmış jurnalistlərindən və müxalifət liderlərindən birinə qarşı sui-qəsd törətmək istəyir. FaktXeber.com-un “ABŞ televiziyası tərəfindən yayılan məlumatın rafiq tağının ölümcül bıçaqlanması ilə hər hansı bir əlaqəsi varmı” sualına aydınlıq gətirən Yaşıllar Partiyasının həmsədri Mayis Güləliyev, bu cür yanaşmanın düzgün olmadığını bildirdi: “Qətiyyən inanmıram ki, belə bir şey baş versin. Bunu hüquq-mühafizə orqanları daha dəqiq müəyyən eləyəcək.

Əgər ABŞ qeyri-müəyyən formada belə bir informasiya yayırsa, bu o demək deyil ki, hadisə  deyilən məlumatlara görə baş verdi. Hadisə törədən şəxsin ilk növbədə hər hansı bir məqsədi olmalıdır. Yəni bu hadisəni törətmək kimin üçün maraqlıdır ki, rafiq tağıya hər hansı bir formada ziyan gətirsin. Məncə ölkədə qarışıqlıq yaratmaq istəyən hansısa qüvvələrin bu hadisəni törətməkdə marağı ola bilər.

Qonşu ölkələrin heç biri Azərbaycanda belə bir hadisənin baş verməsində maraqlı deyillər. Çünki hamıya bəllidir ki, qonşuda hər hansı bir qarışıqlıq baş verərsə, ilk növbədə onun təsiri qonşu ölkələrin özünə olacaq.

Ona görə də qonşu ölkələrin bu məsələdə maraqlı olması qətiyyən inandırıcı deyil. Məncə yazıçı və eyni halda həkim olan rafiq tağı elə bir fiqur deyil ki, ona qarşı törədilən hər hansı bir hadisə ölkədə böyük rezonansa səbəb olsun.         

Yenə təkrar edirəm ki, qarışıqlıq yaranmasında qərb ölkələri və eyni halda qonşu ölkələr heç bir şey qazanmır. Bütün ölkələrin hamısı Azərbaycanda sabitliyin olmasında maraqlıdırlar. Nəzərimcə, hakimiyyətə iddialı bir iki partiyanı çıxmaq şərti ilə bütün vətəndaşları ölkədə sabitliyin tərəfdarıdırlar.

Qarışıqlıq yaranmasında maraqlı olan qüvvələr aydın görünmür. rafiq tağının hadisəsi isə məişət hadisəsinə daha çox oxşayır. Yəni bu hadisə siyasi xarakterli deyil. Mən belə başa düşürəm. Çünki o da bir insandır, onun da digər insanlar kimi müəyyən problemləri ola bilər.”

 

Dİqqət: Xəbərdən İstİfadə etdİkdə mənbəyə İstİnad lazımdır