Əhlİ Beyt -ABNA- xəbər agentlİyİnİn verdİyİ xəbərə əsasən: İran İslam Respublikasının ordusu öz müdafiə hazırlığını təkmilləşdirmək üçün ölkənin şərqində hərbi təlimlər keçirir.
«Tamen əl-Hocac döyüş oyunları» adlandırılan təlimlər noyabrın 18-də başlayıb və ölkənin şərqində 800 min kvadrat kilometr ərazini əhatə edir.
Hərbi təlimlərin birinci mərhələsində silahlı qüvvələrin havadan müdafiə hərbi hissələri əvvəlcədən müəyyənləşdirilmiş ərazilərdə yerləşdirilib.
Hərbi təlimlərdə İran İslam Respublikası silahlı qüvvələrinin döyüş, kəşfiyyat və əməliyyat diviziyaları ilə yanaşı, passiv müdafiə hərbi hissələri də iştirak edir.
Təlimlərin ilkin mərhələsi hərbi hissələrin birinci və ikinci dərəcəli komanda mərkəzləri və passiv müdafiə prinsiplərinə istinad edərək, taktik və çevik reaksiya diviziyaları yaratmaq qabiliyyəti qimətləndirilir.
Xatəm əl-Ənbiyə havadan müdafiə bazası tərəfindən idarə edilən təlimlərdə həmçinin hərbi qüvvələrin operativliyi və hazırlıq dərəcəsi yoxlanacaq, onların malik olduğu təchizatın əməliyyat imkanları təkmilləşdiriləcək.
İran İslam Respublikası dəfələrlə hərbi təlimlərinin başqa ölkələr üçün təhlükə törətmədiyini, öz müdafiə doktrinasının özünümüdafiəyə əsaslandığını bəyan edib.
Dİqqət: Xəbərdən İstİfadə etdİkdə mənbəyə İstİnad lazımdır