18 noyabr 2011 - 20:30

Hətta Afrika ölkələrində belə, bəzən müxalifət əlinə silah alıb mərdi-mərdanə vuruşur, daha bunlar kimi dövlətə, millətə xəyanət yolunu tutmurlar…

Əhlİ Beyt -ABNA- xəbər agentlİyİnİn verdİyİ xəbərə əsasən: əliyevlər Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun APA-ya müsahibəsindən:

- Ziyalılar Forumunun keçirilməsi və professor Rafiq Əliyevin Neft Akademiyasının kafedra müdiri vəzifəsindən çıxarılmasına münasibətini bilmək istərdik...

- “Forum” adlandırdığınız 16-17 nəfərin iştirak etdiyi “Eldar Namazovun qrupu”nun iclasına qədər Rafiq Əliyev kafedra müdiri vəzifəsindən çıxarılmışdı. Bir ali məktəbin daxili işini siyasiləşdirib, az qala beynəlxalq səviyyəyə qaldırmağın özü onu göstərir ki, bəlli siyasi qüvvələr daxildə və xaricdə Azərbaycan cəmiyyətində qarşıdurma yaratmaq, Azərbaycan cəmiyyətinin mövcud sabit durumunu pozmaq istəyir.

- Baş verənlərə müxalifət partiyaları və qəzetlərinin baxışını, münasibətini necə qarşılayırsınız?

- Bu insanlar Azərbaycan dövlətinin müvəffəqiyyətlərindən gecə-gündüz əriyirlər. Sanki bu millət onlar üçün düşməndir. Hətta vəziyyət o həddə çatıb ki, “Eurovision” yarışının, beynəlxalq konfransların, tədbirlərin Azərbaycanda keçirilməməsi üçün səbəb axtarırlar. Nə Ermənistanda, nə Gürcüstanda, nə Rusiyada, nə bizi əhatə edən digər post-sovet ölkələrində, nə Avropada bu xislətli müxalifət var. Hətta Afrika ölkələrində belə, bəzən müxalifət əlinə silah alıb mərdi-mərdanə vuruşur, daha bunlar kimi dövlətə, millətə xəyanət yolunu tutmurlar… Adam belə şəxslərlə bir ölkədə yaşadığına, onlarla eyni dövlətin vətəndaşı olduğuna görə utanır.

* * *

Deyəsən, hakimiyyətdəkilər xalqdan bezib, hətta azərbaycanlı olmaqdan utanır. Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri dövlətə qarşı silahlı mübarizəni mərdlik sayır. Görəsən dindarların evinə silah, narkotika atılması necə, mərdlikdir, ya namərdlik?

 

Dİqqət: Xəbərdən İstİfadə etdİkdə mənbəyə İstİnad lazımdır