Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinin inanclı sakinləri və bu şəhərdə müvəqqəti yaşayan azərbaycanlılar əliyevlər rejimində yaşanan Hicab Qadağasl ilə bağlı mətbuat konfransı keçiriblər.
Rosbalt İnformasiya Mərkəzinində keçirilən konfransda azərbaycanlı və rus politoloqlar, teoloqlar, hüquq müdafiəçiləri, ictimai fəallar əliyevlər rejimində dini örtüyün yasaqlanmasını ibtidai insan haqlarının tapdanması, eyni zamanda beynəlxlaq insan haqlarına zidd bir addım kimi dəyərləndiriblər. Çıxış edənlər konstitusiyaya zidd olan qadağanın təcili ləğvini hakimiyyətin özü üçün taleyüklü bir zərurət kimi vurğulayıblar.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır