Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Dünya Müsəlmanlarının Təqlid Mərcəsi Ayətullah Məkarim Şirazi həzrətləri Əzəm Məscidində alimlərə keçdiyi Elmi Məruzələrə başlamamışdan öncə Azərbaycan Respublikasında mətbuat tərəfindən ona qarşı edilən yersiz təhqir və təhdidlərə işarə edərək dedi: “Bir neçə gün öncə Azərbycan Respublikasında yürüdülən anti-İslam siyasətlərlə bağlı nəzərlərimi bildirdikdə nəzərlərim Azərbaycan dövlətinin mətbuat xidmətləri tərəfindən kəskin mənfi hücuma məruz qaldı, halbu ki, bu məsələ (anti-İslam siyasətlərin tənqid etmək) həqiqətdə Mərcəiyyətin vəzifəsidir”.
Təqlid Mərcəs çıxışının davamında bildirdi: “Qeyd etmək istərdim ki, dediklərim həm də qonşu ölkənin boynumuzdakı olan haqqın yerinə yetirmək idi. Çün ki, bu ölkədə çoxluq təşkil edən müsəlman və şiə qardaşlarımız hər hansı bir anti-İslam siyasətlərindən, anti-Hicablıqdan və.s. əziyyət çəkirlər. Allah etməmiş bu işin sonu ölkələrinin sabitsizlyinə gətirib çıxardar”.
Ayətullah Məkarim Şirazi xatırladaraq sözlərinə davam etdi: “Biz bütün İslam Ölkələrinin xüsusi ilə də bizə qonşu olan ölkələrin tam əmin-əmanlıq içində yaşamaqların istəyirik”.
Müsəlmanların Təqlid Mərcəsi təkid edərək deidl: “Mən Azərbaycan Dövlətinin mənim barəmdə fikirləşdiyi kimi nə Rəhbərlik Ekspertləri Məclisinin üzviyəm nə də hansısa bir Partiyanın və yaxud Cəmiyyətin üzvü. Təqlid Mərcəliyi ümum müsəlmanlarındır və heç bir sərhəd də tanımır”.
Məkarim Şirazi cənabları çıxışının davamında Mərcəiyyətin vəzifəsinə işarə edərək dedi: “Təqlid Mərcələrinin vəzifələri, İslam Hökümlərin müdafiə etməkdən ibarətdir. Bəzilərinin düşündüyündən fərqli olaraq bunu “başqa ölkələrin daxili işlərinə dəxalət etmək” kimin qələmə vermək heçdə düzgün deyil”.
Son söz olaraq Təqlid Mərcəsi təkid edərək dedi: “Bizim onların nə torpaqlarında gözümüz var nə də ki, başqa bir təmənna diləyirik. Bizim yeganə hədəfimiz İslam Hökümlərin müdafiə etmək və Azərbaycan xalqının xöşbəxtliyi olub.
Ümüd edirəm verdiyim bu açıqlama ilə məqsədimiz aydındınlaşa və inşəAllah Azərbaycan dövləti də gəlcəkdə xalqın məzhəbinə qarşı olan işlər bir daha gündəmə gətirməz”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır