11 noyabr 2011 - 20:30

Devid Suonson: “Biz ABŞ və sionist hərbiçilərinin bu səhv addımları atacaqlarından çox nigaranıq. Belə bir addımın atılması dünyada kütləvi insan qırğınına, İran və qonşu ölklələrin ətraf mühitinin radioaktiv zəhərli maddələrlə çirklənməsinə səbəb ola bilər. Bu addım dünyanın düzənini poza bilər”

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: ABŞ-da siyasi fəallar və nümayişçilər bəyanat qəbul edərək, ABŞ və sionist rejiminin İrana hərbi müdaxilə hədə-qorxusunu dayandırmağa çağırıblar.irib.ir

“Müharibə bir saxtakarlıqdır” kitabının müəllifi tanınmış analitik Devid Suonson mətbuat nümayəndələri ilə söhbətində bildirib ki, beynəlxalq siyasi fəal insanlarla birgə ABŞ-ın və sionist rejiminin İrana hərbi müdaxilə hədə qorxularına qarşı bir sənəd imzalanıb. Sənəddə İsrail rejiminə və ABŞ-a hədə-qorxuları dayandırmaq çağırışlar edilib.

“Biz ABŞ və sionist hərbiçilərinin bu səhv addımları atacaqlarından çox nigaranıq. Belə bir addımın atılması dünyada kütləvi insan qırğınına, İran və qonşu ölklələrin ətraf mühitinin radioaktiv zəhərli maddələrlə çirklənməsinə səbəb ola bilər. Bu addım dünyanın düzənini poza bilər”, - deyə Suonson əlavə etmişdir.

İmzalanan sənəd, ABŞ və İsrail rejiminin İrana hərbi müdaxiləsini mənəviyyat, vicdan və əxlaq normalarının, həmçinin daxili və beynəlxalq qanunların, insanlıq qanununun pozulması kimi qiymətləndirilməsini özündə ehtiva edir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır