10 noyabr 2011 - 20:30

“İranın daxilində hər kəs İmam Xameneini dəstəkləyir, öz hökumətlərini dəstəkləyir. Milyonlarla insan dövləti sevir. Onlar hamısı mövcud quruluşu müdafiə edəcək”.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Son zamanlar İrana qarşı hərbi əməliyyatların tətbiq edilməsi gündəmdədir. Mövzu ilə əlaqədar Azadlıqradiosu müxtəlif fikirləri dinləmişdir. Belə ki, iranlıların çoxu fikirləşir ki, hər hansı hərbi zərbə tammiqyaslı müharibəyə səbəb olacaq.

AzadlıqRadiosuna Məşhəddən zəng edən və özünü Məhəmməd kimi təqdim edən bir şəxs iddia edib ki, hücum olsa bütün iranlılar ölkə rəhbərliyinin ətrafında birləşəcək və İran Amerika əsgərlərinin qəbiristanlığına çevriləcək:

“İranın daxilində hər kəs İmam Xameneini dəstəkləyir, öz hökumətlərini dəstəkləyir. Milyonlarla insan dövləti sevir. Onlar hamısı mövcud quruluşu müdafiə edəcək”.

Xaricdəki İranlı ekspertlər də deyirlər ki, İrana hərbi zərbə endirilməsi Qərbdən çox, İslam hökumətinin xeyrinə olacaq. İranda həbsdən buraxılandan sonra ABŞ-a mühacirət edən Sirakuza Universitetinin araşdırmaçısı, sosioloq Hüseyn Gazian deyir ki, müharibə başlasa, İrandakı hökumətin onlara qarşı çıxanları əzmək üçün hər cür qanuni səbəbi olacaq. İrandakı siyasi mədəniyyət elədir ki, xarici müdaxilə olsa, hər kəs düşmənə qarşı səfərbər olacaq. 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır