Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Prezident İlham Əliyev bu günlərdə bir sıra rayonlarda səfərdə olarkən ölkəmizin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMT TŞ) qeyri-daimi üzvlüyü məsələsinə toxunaraq bildirib ki, Azərbaycan burada fəaliyyət dövründə həmişə beynəlxalq hüquq və ədalət prinsipini əsas tutaraq mübarizə aparacaq. Yəni ölkəmiz bu prinsipləri müdafiə edəcək.
Bildiyimiz kimi, hazırda BMT TŞ-də Suriya və İranda cərəyan edən proseslər, habelə Fələstinlə bağlı məsələlər geniş müzakirə olunur. Azərbaycanın qeyri-daimi üzv olaraq fəaliyyətə başlayacağı növbəti illərdə də bu məsələlərin BMT TŞ-nin əsas müzakirə mövzuları olacağı qaçılmazdır.
Bəli bu gün Qarabağ kimi qlobal və önəmli məsələmizi önə sürmək üçün hər hansısa quruma və ya təşkilata üzv olmamız pis deyilir.Amma inanmıram ki, Azərbaycanın sözünü bu BMT TŞ-də hər hansısa bir dövlət üstün tutsun.Çünki 20% torpaqlarını düşmənə vermiş və hal hazırda atəşkəs dövrü yaşayan bir dövlətin sözü ,məsləhəti
heç kimə lazım deyildir.Belə bir məsəl var “Keçəl dərman tapsa öz başına sürtər”.Yəni elə həll edəniksə ölkə səviyyəsində Qarabağ problemimizi ilk olaraq həllinə çalışaq.
Maraqlıdır Azərbaycan ilk növbədə BMT TŞ-da öz mövqeyindən çıxış edərək, beynəlxalq hüquq normalarına uyğun çərçivədə qərarını verəcək.Baxmayaraq ki, bu gün öz daxili siyasətini normalara uyğun aparmayan hakimiyyət hansı üzlə və hansı maraqla TŞ-də qərar verəcək?
Demokratik Azərbaycanının özünün problemlərini həll etməkdənsə, xalqı gözləmə mövqeyində tutmağı üstün bilən hakimiyyət, atdığı bu cür addımlarla hansı hədəfə çatacaqlarını heç özləridə bilmirlər desək daha doğru olardı.
On səkkiz ildən artıq Qarabağımız işğal olunub və faciə ilə işğal olunan torpaqlarımızı olsun qərbə, olsun digər dünyanı idarə edən ölkələrə sübut eyməyi hələ bacarmayır iqtidar hakimiyyəti.Hər il bir bəhanə ilə bu məsələnin həllini uzadanlar və xalqa Qarabağı unutmağa sövq edənlər TŞ-ya üzv olsa nə olacaq, üzv olmasa nə dəyişəcək maraqlıdır.
Qeyd etdiyim kimi , bu gün bizə əsas lazım olan, işğal altında qalan torpaqlarımızı qaytarmaq üçün qəti addım atması gərək olan iqtidar hakimiyyətidir.Ancaq iqtidarın başı daxili maddi gəlirləri,resusları mənimsəməyə qarışdığından ,onlara Qarabağ məsələsinin uzadılması,torpaqların işğal altında olması mühüm amildir.
Biz yenədə ümid edirik ki , Qarabağımız haçansa bizə qaytarılacaq.Bu yolda Hakimiyyət addımlarını atmasa belə xalq özü Erməni işğalında qalan torpaqlarını qaytaracağına ümid edir.Bu isə atəşkəs adı verilən məğlubiyyətlə yox , müharibə adlanan zəfərlə başa çatacaqdır.
Əlvan Həsənov
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır