9 noyabr 2011 - 20:30

Azərbaycan İslam Partiyası aksiya keçirtmək üçün növbəti dəfə BŞİH-ə müraciət edib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycan İslam Partiyası sədrinin siyasi məsələlər üzrə müavini Akif Heydərli bildirib ki, biz “Qarabağa azadlıq!”, “Hicab məhbuslarına azadlıq!”, “İslamofobiyaya son!” şüarları ilə aksiya təşkil etmək üçün BŞİH-ə müraciət etmişik. “

“Qanunun bizə verdiyi hüququn pozulması ilə heç zaman barışmayacağıq. Əgər hüquqlarımız bərpa olunsa, şərlənərək həbs olunan islamçılar və partiya funksionerləri azadlığa buraxılsa biz mitinq keçirtməkdən imtina edərik.”,-deyə Akif Heydərli bildirib.  

Qeyd edək ki, AİP-in sədr əvəzi Elçin Manafov, müavinlər İnqilab Əhədli və Rövşən Əhmədovdan ibarət təşkilat qrupu adından Bakı Şəhər İcra Hakimiyyətinə bu gün müraciət olunub.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır