1 noyabr 2011 - 20:30

Nefçilər Xəstəxanasınnın baş həkimi İradə Həmzəyevanı gözümçıxdıya salıb. «Cəbhədə ayağımın altında mina qalmışdı, əsgərlər zərərsizləşdirdi, ikinci dəfə həyata gəldim»

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Qarabağ müharibəsi veteranı İradə Həmzəyeva işlədiyi Neftçilər Xəstəxanasında kənarlaşdırlıb. O, «Bizim Yol» qəzetinə bildirib ki, işdən çıxarılması barədə əmr ona verilmir. Bu ilin oktyabr ayının 7-ə qədər İradə xanım Neftçilər Xəstəxanasında rendgen-texnik işləyib. Xəstəxananın baş həkimi Həbib Yüzbaşov onu rüşvətdə ittiham edib. O, Qarabağ müharibəsi veteranına 1 manat rüşvət aldığına görə, ərizə yazıb işdən könüllü getməyi tələb edib. Əks halda başqa tədbirlərə əl atacağı ilə hədələyib. “Məcbur olub ərizə yazdım və işə həmin gündən getmədim. Sözün açığı hüquqularımı bilmirəm. Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən ərizə yazandan sonra bir ay işə getməliyəmmiş. Bu müddət ona görə lazımdır ki, ərizə yazan bəlkə ərzisəni geri götürdü. Bunu mənə vəkilim dedi. Məhkəməyə müraciət etmək üçün vəkillə müqavilə bağladım. Bu müraciətimdən xəbər tutan Həbib Yüzbaşov işdən çıxarılmağımı işə gəlməməyimlə bağladı. İndi işdən çıxarılmağımla bağlı da əmri vermirlər, çünki əmr yoxdur.

Mən çox təəcübləndim ki, əvvəl rüşvət ittihamı ilə işdən uzaqlaşdıran baş həkimin yadından indi “1 manat” söhbəti çıxıb. Ərizəmi təqdim edəndə xəstəxana rəhbərliyində çalışan şəxslər məni gördülər. Ərizə yazmağıma baxmayaraq hələ bir ay işə gəlməyimi demədilər, çünki yaxşı bilirdilər ki, bu işdən uzaqlaşdırlağım üçün oyundur.

52 yaşım var. Bundan sonra məni hansı xəstəxanaya işçi olaraq qəbul edərlər axı?! Onsuz da təqaüdə çıxmağıma az qalmışdı”, deyə İradə Həmzəyeva bildirdi.

“İşdən çıxarılmağımla bağlı əmrim verilsə, xəstəxananın rəhbərini məhkəməyə verəcəm”

“Əgər Həbib Yüzbaşovun məni işdən çıxarmaq məqsədi olmayıbsa, başqa tədbir görərdi. 1 manat rüşvət almışamsa, mənə töhmət verərdi, ərizədən sonra iş gəlmədiyim həmin zamanı məzuniyyət günü hesab edərdi. Rüşvət almışamsa, barəmdə Korrupsiyaya qarşı Mübarizə İdarəsinə məlumat verərdi, onlar məsləni araşdırardılar. Bilsəm ki, başqa yerdə işə qəbul edərlər, işdən çıxarılmağımla barışaram. Amma hansı tibb müəssisəsinə gedirəmsə 25-30 yaş arasında işçi lazım olduğunu bildirirlər. İki oğlum var, böyük vərəm xəstəsidir, kiçik də ali məktəbi bitirib. Kiçik övladım hara gedirsə işə qəbul üçün pul istəyirlər. Ya da, arxan-dayağın olmalıdır bu zamanda. Evdə pul qazanan yalnız mən idim. Təkbaşına iki yetim böyütdüm. İşdən çıxarılmağımla bağlı əmr mənə təqdim olunan kimi xəstəxana rəhbərliyini Xətai rayon Məhkəməsinə verəcəm».

Döyüşçü xanım bu duruma düşəcəyini gözləmədiyini deyərək Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə suallar ünvanladı: “İşdən çıxarılmışam, nə edim bəs, necə dolanım Dubayamı gedim, yoxsa dilənçilikmi edim?! Xəstəxananın hüquqşunası deyir ki, kompensasiya verək, amma danışma. Bunlar anlamırlar ki, kompensasiyanı müəyyən müddətdə xərclədim, bəs sonra necə yaşayacam?!”

“İki oğlumu ata evində qoyub döyüş bölgəsinə yollandım”

“Mən döyüş bölgəsində olanda Həbib Yüzbaşov Bakıda pul yığırdı” deyən İradə xanım döyüş xatirələrindən də danışdı. Xidmətə Ağcəbədidən başlayıb. Ağdərə, Tərtər uğurunda gedən döyüşlərin də iştirakçısı olub. Müharibəyə könüllü gedib. Bundan öncə həyat yoldaşından ayrılıb. İki oğlunu ata evində qoyub döyüş bölgəsinə yollanıb. Bunun üçün o zaman yaşadığı Sabunçu rayon Hərbi Komissarlığına müraciət edir. Orada İradə xanıma hərbçi forması verilir və Müdafiə Nazirliyinə göndərilir. Ağcəbədlinin orta məktəblərinin birində yerləşdirilmiş Şuşa hərbi hospitalında rendgen-texnik olaraq xidmətə başlayır. Ağdərə işğaldan azad olunan da hərbi hospital bu rayona köçür. “Ağdərədə olan zaman ayağımın altında mina olduğunu gördüm. “N” saylı briqadanın hərbçiləri minanı zərərsizləşdirəndən sonra sanki ikinci dəfə həyata gəldim.

Çıldıranda, Drmbondan dəfələrlə yaralı gətirmişik, ermənilər mənim də olduğum maşını bir neçə dəfə atəşə tutublar. Sayını unutmuşam, necə yaralıya qan vermişəm” deyə İradə Həmzəyeva vurğuladı: “Elə gün olurdu hospitala ən azı 200-300 yaralı gəlirdi...”

Onun sözlərinə görə ailələrində veteran təkcə o deyil: “Atam Böyük Vətən Müharibəsinin, 3 qardaşım və mən isə Qarabağ müharibəsinin iştirakçıları oldular. Müharibədə hər şeyi gördüm. 3 gün gözümü yummadığım zamanlar oldu, yaralıları qəbul edirdik, rendgen işini görürdüm. Vəzifəm olmasa da yaralının paltarını soyundurub tez müalicəyə başlanmasına çalışmışam. İynə lazım olanda iynəsini vururdum, sistemlərini quraşdırırdım. Döyüş yoldaşlarımı hərdən görürəm. Mənimlə birlikdə hospitalda xidmət edən cərrahlardan biri, hazırda Respublika Kilnik Xəstəxanasının şöbə müdiri, professor Fariz Camalov olub. Şuşadan gələn tib bacıları, həkimlər var idi. Şuşa Hospitalında olan 30-a yaxın qadının hamısı müharibəyə könüllü gəlmişdilər. Hospitalın baş həkimi Şuşadan olan Robert adlı şəxs idi. Mən xidmət etdiyim hərbi hospitalın rəisi o zaman “N” saylı hərbi hissənin komandiri olmuş, hazırda Silahlı Qüvvələrin Baş Qərərgah rəisi Nəcməddin Sadıqov idi».

Döyüş bölgəsində olan zaman “Bakiniskiy raboçi” qəzetinin əməkdaşı məni və övladlarımın fotosunu çəkib qəzetdə vermişdilər, kiçik məlumat da yazmışdılar. Qarabağ müharibəsində iştirakçı qadın olaraq barəmdə mətbuatda müxtəlif dövrlərdə material hazırlayıb çap ediblər”, deyə İradə Həmzəyeva bildirdi.

Prezident torpaq sahəsi verdi….

Qarabağ müharibəsinin iştirakçısı deyir ki, Biləcəridə yaşadığı hazırkı evin torpaq sahəsini ölkə başçısı İlham Əliyev verib: “2007-ci ildə Şəhidlər Xiyabanın yanında yerləşən Həzi Aslanovun büstünün qarşısında o, müharibə iştirakçıları ilə görüşürdü. Evlə təmin olunmağım üçün həmin zaman ona yaxınlaşıb müraciətimi təqdim etdim. 15 gündən sonra Biləcəri rayon İcra Hakimiyyətinə çağırılıb Baksol massivində 6 sort torpaq sahəsinin mənə verildiyini bildirdilər. Hansı ki, bu ərazidə bir zamanlar gölməçələr olub, onu qurudub camaata verirlər. Mən də bu ərazidə balalarımın boğazından kəsərək 3 ilə ev tikdim. Əgər buna ev demək olarsa… Müxtəlif çür həşaratlar, siçanlar evdə dolaşır. Qaz, işıq, su xəttini öz pulumla çəkdim. Evimdən bayıra kanalizasiya xəttini də çəkdim. Amma müvafiq qurum kanalizasiya xəttini mərkəzi xəttlə birləşdirmir.

Baksol massivində yol problemi var. Asfalt döşəmə olmadığı üçün yağış yağan zaman şəhərə getmək mümkünsüz olur”, deyə veteran xanım bildirdi.

Bələdiyyə sədri 6 min manat istəyir

“Dövlət başçısı göstəriş verdi ki, vətəndaşların yaşadığı ərazilər onların adına qeydiyyata alınsın. Biləcəri bələdiyyəsinin sədri Hümbət müəllim məndən buna görə 6 min manat pul istəyir. Mən də ona bildirdim ki, bu torpağı mənə dövlət başçısı İlham Əliyev verib. Buna baxan yoxdur, elə deyirlər ki, pul verməsən qeydiyyata salmayacağıq. Evimiz olan ərazidə küçəyə ad da verilməyib. Neçə illərdir ki, qeydiyyatasız yaşayırıq, bu hal hələ də davam edir”, deyə İradə Həmzəyeva şikayətləndi.

Ramid

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır