Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Türkiyənin İzmir Siyasi Akademiyasında inanılmaz hadisə baş vermişdir. Akademiyanın rektoru müsəlman dünyasını dəhşətə salan siyasətin banisi imiş. Akademiyada peyğəmbər təhqir atəşinə tutulubmuş!
İnanilmaz hadisə ilə bağlı polis, akademiyada verilən dərsləri məhkəmə qərarıyla 6 ay ərzində izləmişdir. Dərslərdə, dini dəyərlər alçaldılaraq, Abdullah Öcalanın Kürd xalqının peyğəmbəri olduğu iddia edilirmiş.
Belə ki, dərslərin birində əziz peyğəmbərimiz həzrəti Məhəmmədin (səlləllahu əleyhi və alih) Quranı Kərimi onun öz uydurması olduğu və Kılıçdaroğlu kimi "işdə əlimdə sənəd var" dediyi böhtanı izah edilərkən, Xeyiri Dikilitaş adlı təlimçi 1 Mart 2010 da Peyğəmbərimizə "şarlatan və qatil" böhtanı atmışdır.
Faktla bağlı 30 Şübhəli Polis tərəfindən yaxalanaraq həbs edilmişdir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır