Hazırladı: Füzuli Şəfiyev
Həzrət Məhdinin (ə.f.) vahid dünya hökumətinin əsas xüsusiyyəti - onun ədalət əsasında idarə edilməsidir. Yer üzündə elə bir yer tapılmayacaq ki, orada ədalət öz yerini tutmamış olsun. Müxtəlif hədislərdə işarə olunur ki, Yer üzü ədalətlə dolacaq və bu, Yer üzü zülmlə dolduqdan sonra baş verəcək. Yer üzündə iğtişaşların, ədalətsizlikdən doğan iqtisadi, ictimai, maddi-mənəvi böhranların hər yerdə baş qaldırdığı vaxtda Həzrət Məhdi (ə.f.) zühur etməlidir. İnşəallah.
Hədisdən anlaşılan məna budur ki, axirəz-zamanda Həzrət Məhdinin (ə.f.) gəlişi ilə hər sahədə güclü inkişaf gedəcək. Elm görünməmiş dərəcədə inkişaf edəcək. Bütün təbii sərvətlərdə, nemətlərdə bir bərəkət müşahidə olunacaq. Buna oxşar başqa bir hədisdə deyilir ki, axirəz-zamanda yer öz xəzinələrini üzə çıxaracaq.
Hədislərdə göstərilir ki, Həzrət Məhdinin (ə.f.) zamanında elmi tərəqqi özünün ən yüksək pilləsinə çatacaq. İmam Sadiqdən (ə) buyurulan hədislərin birində belə deyilir: “İlahi peyğəmbərlərin (ə) xalqa gətirdikləri iki hərfdən çox deyildi. İnsanlar indiyə kimi o iki hərfdən artıq bir şey tanımırlar. Amma bizim Qaimimiz qiyam edəndə qalan 25 hərf aşkar olacaq. Həzrət (ə.f.) o iki hərfi də 25 hərfə əlavə edib, xalq arasında yayacaq”.
Həzrət Əlinin (ə) bu kəlamından görünür ki, axirəz-zamanda hər bir şeyin məhvəri Quran olcaqdır. Halbuki, qlobalizm adı ilə irəli sürülən dünya hökumətində Quranın əslən yeri yoxdur. Onun ancaq bəzi əxlaq məsələlərinə diqqət yetirilir.
Həzrət Əli (ə) buyurur: “İnsanlar Quranı öz rəylərinə uyğun təfsir etdikləri zaman İmam Zaman gəlib onların rəylərini Qurana tabe etdirər”.
Həzrət Məhdinin (ə.f.) dünya hökumətində bütün qanunların mərkəzində Quran dayanır
İslamda irəli sürülən vahid dünya hökuməti ideyası bu ideyanın icrasına zamin durur. Onun icrasını etibarlı əllərə tapşırır. Bu mənada ki, İslamın nəzərdə tutduğu hökumət əməlisaleh və nəfsinə qalib insanların rəhbərliyi altında icad edilir. Cəmiyyətə İlahi qanunlar hakim olur. Əslində qanunlar nə qədər doğru-dürüst olsa belə, onun icraçıları, rəhbər işçiləri nəfsi islah edilməmiş insanlar olacaqsa, sonda həmin sistemdə ədalətsizlik baş verəcəkdir. Qlobalizm deyilən vahid dünya hökuməti nəfsi istəklərinə xidmət edən qüvvələrin əli ilə qurulur. Bəlkə də bu müddəa onların BMT-də özlərinə çıxardıqları həmin «veto hüququ»dur. Belə ki, qlobalizm BMT-nin yaradılmasını zəruri hesab edirdi. Aydın məsələdir ki, müxtəlif mənafelərin toqquşduğu bu dünyada BMT öz niyyətini gerçəkləşdirmək üçün müəyyən bir əsasnaməyə möhtac idi və bu “Millətlərin bəyannaməsi” adı ilə gerçəkləşdi. Bir neçə supergüclər oturub, bütün dünyaya beynəlxalq qanunlar yazdılar. Bu qanunlar daha çox onların mənafeləri üzərində köklənmişdi. Əgər nə vaxtsa, işdi, şayəd bu qanunlar onların özlərinə tuşlanmasın deyə, veto hüququ adlı imtiyaz təyin etdilər ki, istədikləri zaman, öz mənafeləri tapdalananda bu qanunların qa