Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
Qeyd edək ki, bundan əvvəl Türkiyə, İsrailin yardım təklifindən imtina etmişdi. Bu arada zəlzələ qurbanlarının sayı 459-a çatıb. Fəlakət nəticəsində 1352 nəfər yaralanıb.
"CNNTürk"-ün də yaydığı xəbərə görə, Türkiyə hökuməti adından yazılı müraciət 30 dövlətə göndərilib. Bu dövlətlər arasında Sionist İsrail Rejimi də var. Təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün Türkiyə hökumətin çadırlar, yığma evlər və tikinti materiallarına ehtiyacı olduğunu bildirib.
Məlumata görə, Türkiyə XİN-in nümayəndələri israilli həmkarlarından xilasetmə işləri üçün mobil komplekslərin verilməsini xahiş ediblər. İşğalçı İsrailin xarici işlər naziri Aviqdor Liberman isə müvafiq qurumlarla lazımi avadanlıqların Türkiyəyə qısa müddətdə çatdırılması ilə bağlı danışıqlara başlamaq göstərişi verib.
Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Türkiyə Vandakı dağıdıcı zəlzələdən iki gün sonra İşğalçı İsrail rejiminə yardım üçün müraciət edib. Məlumatı İşğalçı İsrail KİV-i yayıb.