Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Sionist İsrail rejimin “Son informasiya” (ידיעות אחרונות) qəzetində Daniel Batini adlı müəllifin Türkiyədəki zəlzələ ilə bağlı məqaləsi dərc edilib. Dərc olunan məqalədə, zəlzələnin baş verdiyi Van şəhəri erməni şəhəri kimi təqdim edilib.
Bu, qəzetin yeganə “yanlış”ı olmayıb. Qəzetdə dərc edilən xəritədə Azərbaycan və Gürcüstan da Ermənistan ərazisi kimi göstərilib. Hətta, İsraildəki 89,1 Fm radiosu qəzetin Azərbaycan və Gürcüstanın xəritədə Ermənistana aid edilməsinin başa düşülmədiyini bildirib.
Həmin radiostansiyanın “Sual və cavab” adlı proqramına zəng edən bir azərbaycanlı isə bildirib ki, qəzet Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünə qarşı hörmətsizliyə görə üzr istəməlidir.Fotoda altından qırmızı xətt çəkilən “Ermənistan” sözüdür:

