Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Hər neçə gündən bir, hüquqları tapdalnmış müxtəlif təbəqəli Azərbaycanlı vətəndaşlar, mövcüd durumdan narazılıqlarını bildirməkdən ötrü aksiyalar keçirtmək məcburiyyətindədir. Belə ki, növbə GEN MMC şirkəti tərəfindən aldadılan və pulunu ödədikləri mənzilləri ala bilməyən zərərçəkənlərə çatmışdır.
Təhqir olunmuş vətəndaşlar bu gün Prezident Administrasiyası qarşısında növbəti aksiyalarını keçiriblər. Hadisə yerində olan əməkdaşımız Fərahim İlqaroğlunun verdiyi məlumata görə, zərəçəkənlər Bakı Şəhər İcra Hakimiyyətinin onları yalan vədlərlə aldatmasından da şikayətçidirlər.
Təxminən 100-ə yaxın GEN MMC qurbanı Filarmoniya bağında toplaşıblar, Səbayil rayon Polis İdarəsinin əməkdaşalrı onları dövrəyə alıb: "Əllərində müxtəlif plakat və transparantlar tutan aksiyaçılar Prezident Sarayına doğru yürüş etmək istədikdə polis onlara sərt şəkildə mane oldu. Daha sonra zərərçəkənlərin təmsilçiləri, 5 nəfər PA-ya getdi.
GEN MMC zərərçəkənləri musavat.com-a bildiriblər ki, BŞİH başçısı Hacıbala Abutalıbov prezidentin tapşırığını yerinə yetirmir: " "Muray" və Gen MMC zərərçəkənlərinə Yasamalda 20 hektar ərazi ayrılıb. Orada bizə ev tikilməlidir. Abutalıbov isə bizi get-gələ salib".
Aksiya zamanı saxlanılan olmayıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır