21 oktyabr 2011 - 20:30

Keçmiş diktator aman dilədi, amma onu tapdaladılar. Bəzi mənbələr Qəzzafinin boğularaq, bəziləri isə güllələnərək öldürüldüyünü bildirir.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Liviyanın devrilmiş diktatoru Müəmmər Qəzzafinin ölüm xəbərindən sonra onun hansı şəraitdə öldürülməsi dünya gündəminin əsas müzakirə mövzusuna çevrilib. Versiyalar arasında ən maraqlısı onun boğularaq qətlə yetirilməsidir. Məlumata görə, Qəzzafi üsyançıların Sirt şəhərinə hücumu zamanı hər iki ayağından və başından yaralansa da qaçmağa çalşırmış.

 O, hətta sürünərək Sirt şəhərinin qərbində yerləşən kanalizasiya borularınadək gəlib çıxıb və orada gizlənib. Qəzzafi gizləndiyi yerdən çıxarıldıqdan sonra üsyünçılar onu necə öldürəcəkləri ilə bağlı mübahisə ediblər. Bəziləri onu işgəncə ilə öldürməyin tərəfdarı olsalar da, digərləri Qəzzafinin sağ saxlanılamasını istəyiblər. Sosial şəbəkələrdə diktatorun son anlarının videgörüntüsü də yayımlanıb.

Müəmmar Qəzzafi sağ ələ keçib

Qəzzafinin əyləşdiyi maşını İşğalçı Fransa və ABŞ qırıcıları vurub

Bir çox rəsmi mənbələrdən alınan məlumatlara görə, ilk olarak oktyabrın 20-də erkən saatlarda Sirt şəhərinin üsyançıların əlinə keçməsiylə şəhərin qərb hissəsindən qaçmağa çalışan 100 maşınlıq kortejə İşğalçı Fransaya məxsus qırıcılar və bir ABŞ istehsalı olan “Predator” tipli pilotsuz təyyarə zərbələr endirib. ABŞ-ın CBS News kanalının müxbiri David Martin Qəzzafinin olduğu kortejin hissəslərə ayrılaraq zərbələrdən yayınmağa çalışdığını, ancaq ən az 15 maşının zərər gördüyünü bildirib. Qəzzafi özü isə zərbə alan, lakin partlamayan maşınlardan birində olub.

Müəmmar Qəzzafi öldürüləndə “Nə edirsiniz? Mən sizin liderinizəm” deyirmiş

Rəsmi açıqlamaya görə, Qəzzafi zərər görmüş maşından düşərək yaxınlıqdakı kanalizasiya borusunda gizlənib. Üsyançılar onu kanalizasiya borusundan çıxarıb. Qəzzafi heç bir müqavimət göstərməyib. O, əleyhdarlarına “Nə edirsiniz? Mən sizin liderinizəm” – deyə müraciət etsə də üsyançılar diktatora məhəl qoymayıblar. Muharisərəyə alınan diktator sağ qolundan vurulub. Onun kim tərəfindən vurulduğu da qeyri-müəyyəndir.

Milli Keçid Şurasının rəhbəri Mahmud Cibri xarici media nümayəndələrinə deyib ki, Qəzzafi ələ keçirilərkən parikdə və əlində silah olub. Lakin o, müqavimət göstərməyib.

Qəzzafi vurulandan sonra maşına mindirilib və bu zaman üsyançılarla onun tərəfdarları arasında silahlı insident yaşanıb. Güllələrdən biri də Qəzzafiyə dəyib. Başından güllə yarası alan devrilmiş diktator elə orada ölüb. Qəzzafini ilk tapan insanlardan biri olduğu deyilən Ümran Şaban adlı döyüşçü isə diktatorun kanalizasiya borusundan çıxaırldığı zaman başından və sinəsindən vurulmuş olduğunu və qan itirdiyini söyləyib.

Diktatorun harada və nə vaxt dəfn olunacağı dəqiq deyil