Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Küveyt məscidlərinin birinin Cümə imamlığını edən “alimlərdən” "Şeyx Nevaf əs-səlim" indiyə qədər görülməyən bir hörmətsizliklə Kərbəla və Əhli Beytin (ə.s) ziyarətinin zina və oğurluqdan daha pis olduğunu söyləyərək bunun şirk və xurafat olduğunu iddia etmişdi. Bu təxribata qarşı, on minlərlə insanlar etiraz əlaməti olaraq dinc piketlər keçirtmişlər. Belə ki, şiələri hədəf alan bu açıqlamadan sonra, Küveytin bir qrup Əhli-beyt sevərləri, Əhli Beyt (ə.s) və İmam Hüseynə təhqir edilən məscidin qarşısında toplanaraq "Lebbeyk Ya Hüseyn" deyə şüarlar səsləndirib.Məscid qarşısında toplanan Şilər əllərində "Ey dövlət… bu təkfirçinin boşboğazlıqlarını dayandır" və "Əgər Kərbəla olmasaydı, Müsəlmanlar üçün qürurda yox idi" yazılmış şüarları əllərində saxlayıb.Qeyd edək ki, son vaxtlar İslam Aləmndə dəyərli dirçəlişlər Xristian və Yəhudi masonların rahatlığın pozmuş və onları əndişələnməkə vadar etmişdir. İslam Dünyasında müsəlmanların bir araya toplandıqları bir zamanda isə sionist muzduru olan sələfilərin işi, daim müsəlmanlar arasında təfriqə salmaq, müsəlman qardaş savaşın yaratmaq və onu qızışdırmaq olub.Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
20 oktyabr 2011 - 20:30
Xəbər kodu: 273310
"Əgər Kərbəla olmasaydı, müsəlmanlar üçün qürur da olmazdı"