19 oktyabr 2011 - 20:30

Avqust ayından Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında QANUNSUZ saxlanan Abgül Süleymanovun şikayəti təmin olunmadı.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Oktyabrın 20-də ruhani Abgül Süleymanovun  həbsdə saxlanmasına dair qərardan verilmiş apellyasiya şikayətinə baxılıb. Qərarı oktyabrın 9-da Səbail Rayon Məhkəməsi çıxarmışdı.

Avqust ayından Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında QANUNSUZ saxlanan Abgül Süleymanovun  şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin hakimi Abid Abdinbəyov həmişəki kimi kobudluq edərək insan haqlarını saymamazlığa vuraraq, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Məlumatı vəkil Anar Qasımlı verib.

Runahi Abgül Süleymanova əliyevlər rejimi tərəfindən 234.4.3-cü maddə ilə (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) həyasızcasına ŞƏRLƏYƏRƏK ittiham verilib. O, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə də (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) ŞƏRLƏNƏRƏK günahlandırılır.

Vəkil hüquqlarını müdafiə etdiyi ruhani Abgül Süleymanov və Azərbaycan İslam Partiyasının sədr müavini Arif Qəniyevin bu məzmunlu şikayətləri üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyini deyib.

Dünən Arif Qəniyevin eyni məzmunlu apellyasiya şikayəti təmin olunmayıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır