Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Fələstin İslami müqavimət Hərəkəti Həmasın Qəzzədəki millət vəkillərindən Jamila alr Shanti, Azərbaycanda hicab qadağanına qarşı müqavimət göstərən müsəlmanlara və hicab məhbuslarına bir mesaj göndərdi.
Aras Bülleten vasitəçiliyi ilə göndərilən mesaajda, hicab müqavimətindən ötəri Azərbaycanlı müsəlmanları təqdirlə anan əl Shanti, Həmas hərəkətinin Azərbaycandakı müsəlmanların yanında olduğunu və müqavimət əzmlərini qorumalarını istədi.
Jamila Shantinin mesajının tam mətni:
"Azərbaycandakı qardaşlarımıza salam olsun. Fələstindən sizə coşğu dolu sevgimizi göndərir, dininizi və islamınızı və hicabınızı qoruğunuz üçün əllərinizi sıxırıq. Bu din düşmənlərinin sizin hicabınıza qarşı etdiklərinə müqavimət göstərdiyiniz üçün.
Onun üçün müqavimətinizə davam etmənizi diləyərik. Haqq inancın sahibi Allahın icazəsi ilə zəfərə çatacaq.
Hicab inancın özüdür və Allah tərəfindən bu mövzuda əmr gəlmişdir. Heç kimsə hicabı inkar edə bilməz və ona qarşı döyüşə bilməz və ya ona qarşı dayana bilməz. Biz Müsəlman xanımlar bütün beynəlxalq yığıncaqlara və ya regional yığıncaqlara qatılırıq. Və bunu ifadə etməliyəm ki hicab Allahın inkar edilməz əmridir. Sizlərləyik və sizi Fələstindən dəstəkləyirik. Bütün azadlar, bütün ərəb dünyası və İslam dünyası sizinlədir.
Sizin haqqınızı gəspedənlərə qarşı, zorbalığa qarşı mübarizənizdə yanınızdayıq. İslama və İslami şəxsiyyətinizə etdiyiniz vurğunun yanındayıq. Allah sizə kömək edəcək və addımlarınızı sağlamlaştıracaq. Allahın salamı rəhməti və bərəkəti üzərinizə olsun."
Velfecr.com
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır