Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Vikiliks saytının yaradıcısı Culiyan Asandja: "Qərb Ərəb Baharı təşəbbüskarlarından çöx şey öyrənməlidir. Onların professionallığı və hədəfi dəqiq görmə qabiliyyətləri Qərb üçün bir nümunədir. 10 illərlə mövcud olan diktaturanın tez bir zamanda çökməsi, bu müdhiş eyni zamanda dəyərli bir nümanə ola bilər Qərb üçün."
Rusiya mediasının verdiyi xəbərə görə, O, Londonda keçirilən aksiyalar zamanı şəxsən cəmiyyətin etirazlarına qoşularaq bu sözləri söyləyib.
Qeyd edək ki, Londonda əhali şəhərin mərkəzinə yığılaraq Dövlətdən sosial ədalətin bərpa olunmasını, vergilərin azaldılmasını və banklara pul yardımının dayandırılmasını tələb edirlər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır