14 oktyabr 2011 - 20:30

Gəncədə E.Vəliyevin tapşırıgı ilə Namaz vaxtları (məxsusən Cümə günləri) Məscidlərin qarşısına polislər və müəllimlər qoyulur. Onlar orta məktəb şagirdlərini Məscidə buraxmır.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Gəncədə icra başçısı Elmar Vəliyev Məscidə yeni qadağalar tətbiq edir. Bu haqda xeber7.com-a Gəncə inanclıları məlumat verib.

Onların sözlərinə görə Gəncədə E.Vəliyevin tapşırıgı ilə Namaz vaxtları (məxsusən Cümə günləri) Məscidlərin qarşısına polislər və müəllimlər qoyulur. Onlar orta məktəb şagirdlərini Məscidə buraxmır, müəllimlər Məscidə gələn şagirdləri, dövlət idarə və müəssisə işçilərini və eləcədə müəllimləri qeydiyyata alırlar. Şagirdlərin valideyinlərinə övladlarının Məscidə qoymamaqlarını, müəllim və idarə işçilərinə Məscidə getməməklərini tapşırırlar. 

Gəncə inanclıları E.Vəliyevin Gəncəyə icra başçısı təyin edilməmişdən öncə belə problemlərlə üzləşmədiklərini söyləyirlər. Onların dediklərinə görə E.Vəliyev Gəncəyə icra başçisi təyin edildikdən sonra bir neçə gecə diskotekalar açılıb, dindarlara isə təzyiqlər gücləndirilib.

 Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır