Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Qazaxıstan prezidenti Nursultan Nazarbayev oktyabrın 13-də dövlət müəssisələrində namaz qılınmasına qadağa qoyub.
“akorda.kz” saytın məlumatına görə, bu, Nursultan Nazarbayevin parlament tərəfindən qəbul olunmuş “dini fəaliyyət və dini birliklərlə bağlı məsələlər üzrə bir sıra qanunvericilik aktlarına düzəlişlər” haqqında qanun layihəsini təsdiq etməsi ilə qüvvəyə minib.
Qeyd edək ki, sentyabr ayında Qazaxıstan Müsəlmanlar İdarəsi tərəfindən bu qanun layihəsini sərt tənqid edən məqalə dərc etdirilib. Qazaxıstan müftisi hesab edir ki, qadağa ölkədə mənfi reaksiyalara səbəb olacaq.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır