Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Qarabağ Azadlıq Təşkilatı daxili işlər naziri Ramil Usubovun Ermənistana səfərini pisləyib. Qurumun oktyabrın 14-də yaydığı bəyanatda bu haqda deyilir ki, heç bir bəhanə Yerevan səfərinə bəraət qazandıra bilməz.
QAT Ramil Usubovu “şəhidlərin qanı üstündən heç nə olmamış kimi keçərək” Yerevana getməsini qınayaraq bildirir ki, daxili işlər naziri postunu tutan, özü də Xocalıdan olan bir şəxs bu addımı atmamalı, hətta istefa vermək bahasına olsa da, bu addıma getməməli idi.
Təşkilat nazirin adını “Qara kitab”a saldığını bəyan edib.
Ramil Usubov Yerevana MDB Daxili İşlər Nazirləri Şurasının sammitində iştirak etmək üçün gedib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır