Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Oktyabrın 22-si paytaxtda mitinq keçirməyi planlaşdıran islamçılar Bakı Şəhər İcra Hakimiyyətinə təşkilat qrupu adından müraciət edib. Qrupa Azərbaycan İslam Partiyasının sədr əvəzi Elçin Manafov, müavinlər İnqilab Əhədli və Rövşən Əhmədov daxildir.
Mitinqdə Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasından narazılıq ifadə etmək, ölkədə islamofobiya hallarının qarşısı alınması, məhbus partiya rəhbərləri və ruhanilərin azadlığa buraxılması tələblərini səssləndirmək nəzərdə tutulur. İslamçılar meriyadan aksiyaya münasib yer ayırmasını istəyiblər.
Müraciətə müsbət cavab verilməsə, təşkilat qrupu hansı addımı atacaq?
Azərbaycan İslam Partiyasının sədr əvəzi Elçin Manafov saytına açıqlamasında bütün addımların qanun çərçivəsində olmasını istədiyini deyib: “Biz inanırıq ki, meriyadan bizim müraciətə müsbət cavab veriləcək. Bibiheybət stadionunda da aksiya keçirməyə hazırıq. Meriyanın cavabı müsbət olmasa, yenidən müzakirə aparıb növbəti qərarı çıxaracağıq.
Biz üstünlüyü razılaşdırılmış mitinqə veririk. Camaatın etirazı ürəyində qalıb və biz bundan çox narahatıq. Xalq hansısa yolla öz etirazını bildirməlidir. Biz sivil yollar axtaracağıq. Təbii ki, bizim istəyimiz qanun çərçivəsindədir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır