Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: KXCP Azərbaycan İslamçılarının lideri İslam Partiyasının sədri Doktor Hacı Mövsüm Səmədov, onun qayını Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədov, partiya sədr müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, ruhani Seyyid Fəramiz Abbasov və Quran hafizi Zülfüqar Mikailzadənin azadlıqdan məhrum edilməsi haqda Məhkəmə hökmünə etiraz bəyanatı qəbul edib.
Bəyanatda deyilir:
“Mövcud avtoritar rejim, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş insan və vətəndaş hüququ və azadlıqlarına məhəl qoymur, demokratik dəyərlərə əhəmiyyət vermir. KXCP hakimiyyətin qondarma cinayət işlərindən istifadə edərək, özünə müxalif fəalları azadlıqdan məhrum etməklə, onun mənfur siyasəti ilə barışmayan dindarların etiqad və vicdan azadlığına müxtəlif formada moratorium qoymaqla və s. bu kimi qanunsuz tədbirlərlə mövcudluğunu qorumağa cəhd kimi qiymətləndirir. KXCP, vicdan məhbuslarının dərhal azad edilməsini tələb edir, xalqımızı və bütün beynəlxalq aləmi Azərbaycanda demokratik düşüncəli insanların qanunsuz həbslərinə qarşı biganə qalmamağa çağırır”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır