10 oktyabr 2011 - 20:30

İran İslam Respublikasının xarici işlər nazirinin sözçüsü Rusiya Federasiyası xarici siyasət idarəsinin sözçüsü ilə görüşüb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İran İslam Respublikasının xarici işlər nazirinin sözçüsü Rusiya Federasiyası xarici siyasət idarəsinin sözçüsü ilə görüşüb.

Ramin Mehmanpərəst bu gün Moskvada keçirdiyi bu görüşdə regional və beynəlxalq məsələlər barədə müzakirə aparıb və qərbin demokratiya, insan hüquqları, terrorizmlə mübarizə barədə ikili siyasətlərini tənqid edib.

Mehmanpərəst həmçinin mədəniyyət, incəsənət, elmi mərkəzlərlə əlaqə, tədqiqat və media kimi digər sahələrdə ümumi diplomatik əlaqələrin əhəmiyyətini dəyərləndirib.

Rusiya XİN sözçüsü iki ölkə arasında siyasi, beynəlxalq, regional münasibətləri vurğulayaraq digər ölkələrin daxili işlərinə müdaxiləçilik etməməyi rəsmi Moskvanın siyasətinin bir hissəsi adlandırıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır