8 oktyabr 2011 - 20:30

ABŞ-da həftələrdir davam edən nümayişlər getdikcə genişlənməkdədir

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: ABŞ-da həftələrdir davam edən nümayişlər getdikcə genişlənməkdədir. Ölkənin əsas iqtisadi mərkəzi olan “Wall Street”dəki nümayişlərin təşkilatçıları oktyabr ayının 29-na ciddi hazırlıqlar görürlər.

Türkiyənin “Hürriyet” qəzetinin xəbərinə görə, ABŞ-ın və dünya iqtisadiyyatının qəlbi sayılan Nyu-Yorkdakı maliyyə mərkəzi "Wall Street”dəki nümayişlərdən sonra məşhurlaşan “Adbuster” jurnalı vasitəsilə təşkilatçılar ölkə əhalisini sosial ədalətsizliyə etiraz olaraq, oktyabr ayının 29-da meydanlara axışmağa çağırıblar. Təşkilatçıların hədəfi 50 milyon nümayişçidir.

Qeyd edək ki, “Wall Street”dəki aksiyalarda bu günə qədər 1000-dən çox insan polis tərəfindən dindirilmək üçün saxlanılıb. Artıq nümayişlər ölkənin əsas böyük şəhərlərinə yayılmaqdadır. 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır