Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bu gün Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Mövsüm Səmədov, onun qayını Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədov, partiya sədr müavini Vaqif Abdullayev və Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, ruhanilər Seyyid Fəramiz Abbasov və Zülfüqar Mikayılzadənin cinayət işi üzrə məhkəmənin son iclası keçrilib.

15:00- da  Məhkəmənin hakimi Eldar İsmayılov islamçılara hökm oxumağa başlayıb.

16:32-da Hakim İslamçılara artıq hökm oxuyub.  Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Mövsüm Səmədov 12 il, Firdovsi Məmmədrzayev 10 il, Dəyanət Səmədov 10 il, partiya sədr müavini Vaqif Abdullayev 11 il, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə 11 il 6 ay, Seyyid Fəramiz 11 il azadlıqdan məhrum edilib. Zülfüqar Mikayılzadəyə isə 5 il sınaq və 5 il şərti hökm oxunub.

Hakimin hökmü elan etməsi islamçıların yaxınlarının etirazı ilə qarşılanıb. Fəramiz Abbasovun qızı, eləcə də Rufulla Axundzadə etiraz səslərini qaldırıblar.

16:50-da Polis məhkəmənin qarşısına toplaşan təqsirləndirilənlərin qohumları və tərəfdarlarını döyərək ordan uzaqlaşdırıb. Xəsarət alanlar var. Eyvanlardan baxan qonşu binaların sakinləri polisin adamları söyüb, döyməsinə etiraz ediblər. Həbs edilənlər Nəsimi rayon polis idarəsinə aparılıblar. 15 nəfərə yaxın saxlanılan var. Onların arasında adlarını dəqiqləşdirdiyimiz Rauf Qarayev, Rəhim, Mirtofiq, Pərviz, Zöhrab, "Xeber44.com" saytının baş redaktoru Araz Quliyevdə var.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır