Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Müxalif İctimai Palata oktyabrın 18-də keçirəcəyi bayram yürüşünün marşrutlarını müəyyənləşdirib.
Məlumatı İctimai Palatanın Koordinasiya Şurasının üzvü Aqil Səmədbəyli verib.
Aqil Səmədbəyli bildirib ki, Koordinasiya Şurasının oktyabrın 5-də keçirdiyi toplantıda yekun qərar çıxarılıb: “İctimai Palata Bakı Şəhər İcra Hakimiyyətinə yürüşün “Nərimanov” metro stansiyasından “Qarabağ” mehmanxanasına, Bəhramgurun heykəlinin qarşısından Dövlət Bayrağı Meydanına və “20 Yanvar” metro stansiyasının qarşısından keçmiş “Qələbə” kinoteatrının qarşısına qədər olan maşrutlardan birində keçirilməsi üçün müraciət edəcək”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır