Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycanın Saatlı rayonunda intihar hadisəsi baş verib.
Bu barədə rayon Prokurorluğundan bildirilib. Saatlı şəhər sakini, 13 yaşlı məktəbli Əzizov Zülfüqar Zaur oğlu həyətlərindəki tövlədə özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı Saatlı rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma gedir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır