4 oktyabr 2011 - 20:30

AvroRƏM RLS-nın Türkiyə ərazisində yerləşdirilməsi İsrailin vəziyyətini yaxşılaşdırmayacaq.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad yerli telekanala verdiyi müsahibəsi zamanı deyib: “AvroRƏM RLS-nın Türkiyə ərazisində yerləşdirilməsi İsrailin vəziyyətini yaxşılaşdırmayacaq.”

'MehrNews'-un məlumatına görə isə xalqa müraciətində İran İslam Respublikasının prezidenti bildirib ki, bölgədə İşğalçı NATO kontingenti, yaxud Türkiyə ərazisində radiolokasiya stansiyası yerləşdirilsə belə, İsrail Fələstin ərazilərini tərk etməlidir.

'Bölgədə möhkəmlənməyə çalışan NATO planlarını siyasi və hərbi yolla həayat keçirməyə çalışır. AvroRƏM sisteminin Türkiyədə yerləşdirilməsi İsrailin təhlükəsizliyini təmin etməyəcək. Onlar İranın hər hansı hücuma cavab verəcəyi tədqirdə bu sistemlərdən bizə qarşı isyıfadə etməyi planlaşdırırlar',- İran İslam Respublikasının prezidenti deyib.

Əhmədinejad ölkənin iqtisadi inkişafına da toxunub: 'Hökümət iqtisadiyyatı inkişaf etdirmək məqsədilə bir sıra addımalr atır. Hazırda ölkə iqtisadi göstəricilərə görə dünyada 17-18-ci yerləri bölüşür. Lakin yaxın zamanlarda 12 yerə qalxacağımız gözlənilir'.

Sonda isə İran İslam Respublikasının prezidenti ölkəyə qarşı tətbiq olunann iqtisadi sanksiyaların iqtisadiyyata ciddi təsir göstərmədiyini bildirib: 'Ölkəmizin gələcəyi parlaqdır, lakin bu yolda xalqın birləşməsi və daha böyük səylə çalışması tələb olunur'.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır