2 oktyabr 2011 - 20:30

Samsun, Malatya və paytaxta Ankarada NATO-nun Türkiyədə quracağı RƏM sisteminə etiraz aksiyası keçirilib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bir müddət əvvəl davam edən riyakar siyasətləri ücbatından Suriya xalqının daxilində iğtişaşlar yaratmaqla bu antisionist dövlətin tezliklə məhv olub israil işğalçılarının bölgədəki çirkin siyasətlərinin yerinə asanlıqla yetirilməsindən ötrü çalışan Ərdoğan dövləti indi özü bu çirkabın için uğrayıb.

Belə ki, dünən Samsunda Azadlıq və Həmrəylik Partiyası (ÖDP) üzvləri, Malatyanın Kürəcik kəndinin ABŞ ilə Türkiyə arasında imzalanan raketdən müdafiə sistemi razılaşmasında baza kimi istifadə edilməsinə etiraz ediblər.

Partiya funksionerlərindən Semra Küçükkahyaoğlu bildirib ki, raketdən müdafiə sisteminin yeganə məqsədi ABŞ-ın mənfəətlərini müdafiə etməkdir. İmperializmə asılılığı gücləndirən iqtisadi, diplomatik və hərbi müqavilələr ləğv edilməlidir. Hərbi bazalar bağlanılmalıdır. Orta Şərqdə uzun illərdir İsrail dövlətinin icra etdiyi işğal və Fələstin xalqının tanımamaq siyasətlərinə qarşı Fələstin xalqının dövlət qurmaq səyləri dəstəklənilməlidir. Bu gündən etibarən ölkənin hər yerində kampaniya başladırıq. 8 Oktyabrda Ankarada görüşəcəyik.

Digər tərəfdən isə bir qrup BDP və CHP üzvləri Malatyada AKP hakimiyyətinin apardığı siyasətə və NATO-nun raketdən müdafiə sisteminə etiraz ediblər. 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır