2 oktyabr 2011 - 20:30

Maraqlıdır görəsən Əliyev Mərdanovu qanuna əsasən təqaüdə göndərəcəkmi!?

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bu gün Azərbaycanın əslən erməni olan təhsil naziri Misir Mərdanovun 65 yaşı tamam oldu.

1998-ci ildən təhsil naziri vəzifəsində çalışan M. Mərdanov 1946-cı il oktyabrın 3-də Ermənistan İcevan rayonunda anadan olub.

Mərdanovun 65 yaşının tamam olması hamı üçün təkcə doğum günü və yaxud yubiley olması baxımından o qədər də maraqlı deyil. Daha çox maraqlı olan bir müddət əvvəl qanunda edilən dəyişikliyə görə 65 yaşı tamam olan dövlət qulluqçularının təqaüdə göndərilməsidir. İndi bir sual maraqlıdır. Prezidentin M. Mərdanovun yubileyini təbrik və təqaüdə göndərilməsi sərəncamı nə zaman olacaq?

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır